İqtisadiyyatManşet

Azərbaycan əhalisi ərzağa daha çox pul xərcləməyə başlayıb – Son 7 ilin statistikası

Yola saldığımız 2022-ci ildə Azərbaycanda fəaliyyət göstərən pərakəndə ticarət şəbəkələrində müştərilərə 52,2 milyard manatlıq, o cümlədən 29,4 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 22,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, pərakəndə ticarət şəbəkələrində əhalinin bir nəfəri orta hesabla ayda 431,8 manatlıq, o cümlədən 243,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 188,6 manatlıq qeyri-ərzaq malları alıb.

Əhalinin ümumi xərclərinin 56,3%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarına xərclənib.

Müqayisə üçün bildirək ki, 2021-ci ildə bu göstərici 54,3%, 2020-ci ildə 54%, 2019-cu ildə 50,7%, 2018-ci ildə 50,2%, 2017-ci ildə 50,7%, 2016-cı ildə isə 49,9% olub.

Rəqəmlərdən də göründüyü kimi, son 7 ildə əhali ərzaq məhsullarına daha çox pul xərcləməyə başlayıb. 2016-cı ildə qeyri-ərzaq mallarına daha çox pul xərcləndiyi  halda, sonrakı illərdə ərzaq məhsullarına xərclənən vəsait davamlı olaraq artmağa, qeyri-ərzaq mallarına xərclənən vəsaitin payı isə azalmağa başlayıb.

İllər Ümumi xərclər
(azn)
Ərzaq məhsulları, içkilər və tütün məmulatları Qeyri-ərzaq malları
Məbləğ (azn) Payı  (%) Məbləğ (azn) Payı (%)
2016 261 130,3 49,9 130,7 50,1
2017 301,9 153,1 50,7 148,8 49,3
2018 314,8 158,2 50,2 156,6 49,8
2019 331,4 168 50,7 163,4 49,3
2020 335,6 181,2 54 154,4 46
2021 367,8 199,9 54,3 167,9 45,7
2022 431,8 243,2 56,3 188,6 43,7

Bənzər yazılar

Back to top button