İdman

Klopp: “Premyer Liqa dünyanın ən güclü çempionatıdır”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının dünyanın ən nüfuzlu çempionatı olduğunu düşünür.

Qol.az klubun saytına istinadən xəbər verir ki, bu barədə mütəxəssis öz açıqlamasında bildirib. O deyib:

“Burada çoxlu yaxşı komandalar var. Premyer Liqa dünyanın ən güclü liqasıdır. Düşünmürəm ki, kimsə bununla mübahisə etsin. ABacardığımız qədər yaxşı oynamamağımızın başqalarının başına gələnlərlə heç bir əlaqəsi yoxdur. Biz bunu özümüz etdik. Hər şey bizim günahımız deyil. Biz irəli getməliyik, təkmilləşməliyik”.

Qed edək ki, “Liverpul” hazırda Premyer Liqanın turnir cədvəlində 29 xalla 9-cudur.

Bənzər yazılar

Back to top button