Siyasət

Ceyhun Bayramov Özbəkistana səfərə gedib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 26-cı iclasında iştirak etmək məqsədilə yanvarın 24-də Özbəkistanın paytaxtı Daşkənd şəhərinə işgüzar səfərə yola düşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Məlumata görrə, səfər çərçivəsində həmçinin nazir Ceyhun Bayramovun yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Bənzər yazılar

Back to top button