Siyasət

Səudiyyə Ərəbistanı Sərhəd Xidməti rəhbərinin Azərbaycana səfəri

Səudiyyə Ərəbistanı Sərhəd Mühafizəsinin rəisi, general-mayor Məhəmməd Abdullah Həmdan Əl Şehrinin rəhbərliyilə nümayəndə heyəti Azərbaycana səfər edib.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir ki, səfər zamaı nümayəndə heyəti Azərbaycan Dövlət Sərhəd Xidmətinin struktur qurumlarının xidməti-döyüş fəaliyyəti, maddi-texniki bazaları ilə tanış olub.

Tərəflər sərhəd təhlükəsizliyi sahəsində əməkdaşlığın inkişafı və təcrübə mübadiləsi barədə razılığa gəliblər. Səfər yanvarın 24-də başa çatıb.

Bənzər yazılar

Back to top button