Sağlamlıq

Koronavirusa qarşı peyvənd axtaran alimdən acı etiraf: “Gözləməyin”

“Alimlər hazırda hər hansısa bir peyvəndin işə yarayıb yaramadığını bilmirlər. Gələn ilin aprel ya da may ayına qədər peyvənd gözləməyin”.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bunu Nyu York Universitetinin nəzdində fəaliyyət göstərən Peyvənd Mərkəzində araşdırma aparan Mark Malliqan deyib. O, peyvənd tapılmasında 1 ilin çox böyük uğur ola biləcəyini, amma bunun böyük ehtimalla mümkün olmayacağını bildirib. Həmçinin əlavə edib ki, peyvəndin ilkin mərhələsi onun nə dərəcədə təhlükəsiz olduğunu yoxlamaqdır:

“Bu mərhələ 3-4 ay davam edir. Əslində ən önəmli mərhələ elə budur. Peyvəndin təhlükəsiz olub olmadığı öurənirik, əlavə təsirləri olmadığından əmin oluruq. Bu mərhələ aylarla davam edə bilər. Bu ilin sonu və ya gələn ilin əvvəllərində dəqiq cavab tapa niləcəyimizə inanıram”.

Bənzər yazılar

Back to top button