Mədəniyyət

Nazirlik müsabiqə qaliblərinin 300 min manatını vermir? – Video

Mədəniyyət Nazirliyinin təşkil etdiyi “Tammetrajlı bədii film layihələrinə dəstək” müsabiqəsinin 2022-ci ilin martında qalibləri açıqlanıb. Müsabiqədə 7 layihə qalib gəlsə də, onlara ayrılan ümumilikdə 300 min manat sahiblərinə çatdırılmayıb.

Bu barədə “Abzas Media”nın hazırladığı sujetdə bildirilib.

Qaliblərdən biri olan “Əlvida, noyabr” filminin ssenaristi Nicat Dadaşov deyib ki, ödənişlər verilmədiyinə görə onlar işlərini davam etdirə bilmirlər:

“Bu vəsait qalib gələn şəxslər arasında qeyri-proporsional formada bölünməli idi. Mənim öz filmimə ssenari inkişafına görə 25 min manat pul ayrılmalı idi. Nəticə olaraq o pul hələ gəlib bizə çatmayıb və biz də işimizə başlaya bilmirik”.

Azər Allahverdiyev və Türkan Hüseyn də Nazirliyin vəd etdiyi maliyyə dəstəyini ala bilmədiyinə görə işləri yarımçıq qalan rejissorlardır.

Daha ətraflı:

Bənzər yazılar

Back to top button