İdman

“Hamı Messinin dünya çempionu olmasını istəyirdi”

Argentina millisinin futbolçusu Anxel Di Mariya yığmadakı komanda yoldaşı Lionel Messi haqda danışıb.

Qol.az “Ole”yə istinadən xəbər verir ki, o, mundialda Messiyə görə Argentinaya çox dəstək gəldiyini bildirib:

“Dünya çempionatında gördüklərimə və finaldan əvvəl baş verənlərə görə düşünürəm ki, Leonelom sayəsində Fransa Argentinadan daha az dəstəklənib. İlk gündən son günə qədər hamı Messinin dünya çempionu olmasını istəyirdi”.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Qeyd edək ki, Argentina finalda Fransanı məğlub edərək (3-3, 4-2 pen.) 1986-cı ildən bəri ilk dəfə dünya çempionu olub. 7 matçda 7 qol vurub, 3 qol ötürməsi ilə turnirin ən yaxşı oyunçusu kimi tanınan Messi karyerasında ilk dəfə dünya çempionu adına yiyələnib.

Bənzər yazılar

Back to top button