Cəmiyyət

Hamoşam bələdiyyəsinin 2022-ci ilin hesabatı

Astara rayonunun Hamoşam bələdiyyəsinin sədri Rüfət Əliyev 2022-ci ilə yekununa aid hesabat verib.

AzToday.az xəbər verir ki, rəhbərlik etdiyi bələdiyyənin 2022-ci ilin hesabatında görülən ictimai işlər də yer alıb.

Hesabatı təqdim edirik:

Hamoşam bələdiyyəsinə il ərzində 3028.68 manat (1000 manat da daxil olmalı idi, tərəfdaşlarımızın biri gecikdirirdi , 2023 ildə gərçəkləşdi ).daxil olub . 62 ,97 manat ötən ildən qalıq. Daxil olan vəsaitin

1659.50 manat əmək haqqına
Poçt xidmətinə 36.30 manat
Audit 150 manat
Astara qəzetinə 20 manat.
DSMF 768. 88 manat.
349 manat 100 kv.m torpağın çıxarışının çıxarılması
45 manat SQYF
45 manat KBMA

Biz bu bir il ərzində, bələdiyəçilikdən çox, icmayönümlü fəaliyyət göstərmişik. Ona görə də bu bir il ərzində, təkcə bələdiyyənin deyil, şərti adı “Hamoşam” icması olan, icmamızın da hesabatını təqdim edirik.

Bu bir il ərzində Hamoçam icmasına 5379 manat vəsait daxil olub. Bunlar vətəndaş ianələri və fəaliyyətimizi izləyən dostların ianələri və 900 manat nəzir qutusundan olub.

825 manat yanvar, mart ayında yağan qarın təmizlənməsi və yayda sahələrə gedən yolların hamarlarıb və genişlənməsi üçün traktora,
512 manat yanacağa ,
994 manat Hamoşam parkının təmirinə
750 manat Toradidə yeni parkın salınmasına ,
60 manat kəndin titul lövhələrin hazırlanmasına
40 manat ağacların mədəniləşməsinə
250 manat turizimin inkşafı üçün kəndin tanıtım roliklərin çəkilişinə
1498 manat festival üçün (Bura tikinti materialları, yollarda görülən işlər, köynək və kepkalar, ərazidə işləyənlərin yemək xərcləri və.s)
190 manat Şəhidlər bulağı üçün
260 Hamoşamda körpünün tikintisinə

Hazırda 750 manat (tikinti materialları, yanacaq və traktora borcumuz qalıb)

Fəaliyyətimiz təkcə abadlıq işləri ilə yekunlaşmayıb.

1) Turizmin inkşafı üçün, maksimum çalışıb, bu istiqamətdə Dövlət Turum Agentliyi ilə sıx əlaqədə olmuşuq. Bir neçə dəfə regonal rəhbiyinin, BMT nümayəndəliyinin, Turizim Agetliyin sədri və Turizim Bürusunun sədrinin Hamoşama səfərinə nail olmuşuq. Bu işdə göstərdiyi hərtərəfli dəstəyə görə Turizim Agentliyin Lənkəran regonal idarəsinin rəhbəri İlqar müəllimə dərin təşəkkürümüzü bildiririk.

2) Turizm istiqamətində, Turizm bələdçililərinin, Tur şirkətlərin nümayəndələrinin Hamoşama bir neçə kəşfiyyat səfərlərinə nail olmuşuq. Ümumilikdə 30-dan çox turizim şirkətinə Hamoşam haqqında dolğun məlumat vermişik.

3). Qədim sənətkarlıq nümunəsi olan kilimçılığı bərpa edib, bir neçə sərgidə nümayişinə nail olmuşuq. Bu işdə maliyyə dəstəyi, bir dostumuz göstərib, artıq onu qaytarmışıq.

4) Fiziki şəxs kimi, kiçik bir qrant müsabiqəsini udub, ekoloji layihə həyata keçirtmişik. Layihə çərçivəsində ekspert coğrafiya elmləri üzrə fəlsəfə doktoru Rövşən Abbasovun iştirakı ilə seminar, 16 ədəd kiçik zibil konteneri, bir ədəd iri zibil konteneri hazırlamışıq. Bu istiqamətdə maarifləndirinci tədbirlər həyata keçirdib , xəbərdaredici sloqanlar yapışdırmışıq. Ümilikdə 33 dövlət və özəl müəssisələrə, ictimai iaşə obyektlərinə rəsmi xəbərdarlıq olunub.

Layihənin maliyə hesabatını aidiyyəti üzrə vermişik.

5) Ötən ildən başladığımız ehtiyaclı uşaqlar üçün, kitab aksiyası çərçivəsində 400 dən artıq kitab toplanılaraq şagirdlərin istifadəsinə verilib.

7) Xeyirəçi dostların dəstəyi ilə 10 uşağa məktəbli çantası və dərs ləvazimatları verilib, bir müharibə iştirakçısına 100 manat yardım olunub .

– KitabGəzər, Qızlar oxusun sosial maariflənmə layihəsi ilə əməkdaşlıq çərçivəsində iki tələbə qızımızın təqaüd almasına, 35 uşağa Yenil il bayramı üçün “sevinc payı” və məktəbimizə 100 -ə yaxın bədii ədəbiyyat nümunələrin hədiyə olunmuşdur.

9).Bələdiyyə üzvü Əhliman Əlizadənin təşəbbüskarlığı sayəsində kəndə mobil internetin çəkilməsinə nail olmuşuq.

10). Müxtəlif sahələrdə hüquqi problemləri olan vətəndaşlarımıza hüquqi yardım alması üçün, müvafiq QHT-lərə yönəldib, onların problemlərin mətbuatda işıqlandırılmasına nail olmuşuq. Bəzi hallarda həllinə nail olsaq da, bəzi hallarda iş davam edir.

İl ərzində daxil olan vətəndaş müraciətlərinə həssaslıqla yanaşıb, həllinə nail olmağa çalışmışıq. Hansı hallarda yardımçı ola bilməmişiksə, bu ya səlahiyyətlərimiz çərçivəsində olmayıb, ya da imkanlarımız xaricində olub.
Hamoşam bələdiyyəsi adından, il ərzində bizə maddi, mənəvi, fiziki, texniki əlqələrimizin artırılması istiqamətində yardımçı olan bütün vətəndaşlarımıza, vətəndaşımız olmayan bütün həmvətənlərimizə dərin təşəkkürümüzü bildiririk.

Bənzər yazılar

Back to top button