Siyasət

Daha 44 erməni Qarabağı tərk edib

Dünən Rusiya sülhməramlıları Qarabağda olan 44 RF vətəndaşını Ermənistana aparıb. Bu barədə yanvarın 30-da Sputnik-Armenia Agentliyi məlumat yayıb.

İnsanlar “Azərbaycan tərəfi ilə razılaşmalar çərçivəsində” çıxarılıb. 44 nəfərdən 7-si uşaq idi.

Mənbənin məlumatına görə, yanvarın 17-də sülhməramlılar Qarabağdan 60-dan çox Rusiya vətəndaşını təxliyə edib.

Xatırladaq ki, elə bu gün Qırmızı Xaç Komitəsi də 19 nəfəri Qarabağdan çıxarıb.

Bənzər yazılar

Back to top button