Hadisə

2022-ci ildə təbii və texnogen hadisələr nəticəsində 67 nəfər həlak olub, 296 nəfər xəsarət alıb

Fövqəladə Hallar Nazilriyi 2022-ci ildə Azərbaycan ərazisində baş vermiş təbii və texnogen hadisələrə dair statistik məlumatları açıqlayıb.

2022-ci ildə Azərbaycanda 16714 təbii və texnogen hadisə baş verib ki, bu da 2021-ci il ilə müqayisədə 1467 hadisə və ya 10 faiz çoxdur. Bu hadisələrin nəticəsində 67 nəfər həlak olub, 296 nəfər xəsarət alıb.

2022-ci ildə ölkə ərazisində 2095 yanğın baş verib. Nəticədə 51 nəfər həlak olub, 219 nəfər xəsarət alıb. Bu da ötən il ilə müqayisədə yanğından həlak olanlar üzrə 13 nəfər və ya 34 faiz, xəsarət alanlar üzrə 74 nəfər və ya 70 faiz çoxdur.

2022-ci ildə ölkədə 75 partlayış hadisəsi baş verib ki, bu da 2021-ci il ilə müqayisədə 2 hadisə və ya 3 faiz azdır. Partlayışlar zamanı 15 nəfər həlak olub, 77 nəfər xəsarət alıb, 6 nəfər xilas edilib.

Bənzər yazılar

Back to top button