Gündəmİqtisadiyyat

Gedişhaqqının artması minimum maaşı 14% əritdi

İctimai nəqliyyatda gedişhaqlarının 33%-lik artımı tək bu xidmətə münasibətdə minimum maaşın alıcılıq qabiliyyətini 14% əritdi.

Bu sözləri iqtisadçı-ekspert Rövşən Ağayev sosial şəbəkə hesabında yazıb.

“Əvvəlki minimum maaş və gedişhaqqı ilə ictimai nəqliyyatdan 1000 dəfə istifadə edə bilirdik. İndi bu rəqəm 862-yə düşüb”, – deyə o qeyd edib.

Xatırladaq ki, bu gün Tarif (qiymət) Şurasının 31 yanvar 2023-cü il tarixində keçirilən növbəti iclasında metro və avtobusların gedişhaqları artırılıb.

Bənzər yazılar

Back to top button