Dünya

Dünyanın ən varlı adamları hansı ölkələrdə yaşayırlar? – Tam siyahı

Dünyanın ən zəngin 500 nəfəri 43 müxtəlif ölkədə yaşayır.

Yeniavaz.com-un “Bloomberg” agentliyinin açıqladığı məlumatlara istinadən apardığı hesablama göstərir ki, 500 ən varlı insanın 173-ü ABŞ vətəndaşıdır.

İkinci sırada 74 nəfərlə Çin yer alır.

Dünyanın ən varlı 500 şəxsindən 26-sı keçmiş SSRİ ölkələrinin vətəndaşlarıdır. 5,92 milyard dollar sərvəti olan Bdzina İvanaşvili Gürcüstan, 5,9 milyard dollar sərvəti olan Vladimir Kim Qazaxıstan, 5,75 milyard dollar sərvəti olan Rinat Axmetov isə Ukrayna vətəndaşıdır. Bunlardan başqa Rusiyada yaşayan 23 nəfər də dünyanın ən varlı 500 şəxsi arasında yer alıb.

Dünyanın ən varlı 500 nəfərinin vətəndaşı olduğu ölkələrin siyahısı aşağıdakı kimidir:

173 – ABŞ
74 – Çin
27 – Almaniya
23 – Rusiya
20 – Hindistan
17 – Honq Konq
16 – Fransa
15 – Böyük Britaniya
15 – Kanada
10 – İsveçrə
9 – Avstraliya
8 – Braziliya
7 – İsveç
7 – İtaliya
6 – Danimarka
6 – Sinqapur
5 – Tayvan
5 – İndoneziya
4 – İsrail
4 – Yaponiya
4 – Cənubi Koreya
4 – Meksika
3 – İspaniya
3 – İrlandiya
3 – Niderland
2 – Misir
2 – Yunanıstan
2 – Filippin
2 – Kolumbiya
2 – Çexiya
2 – Səudiyyə Ərəbistanı
1 – Qazaxıstan
1 – Malaziya
1 – Monako
1 – Yeni Zelandiya
1 – Nigeriya
1 – Norveç
1 – Ukrayna
1 – Gürcüstan
1 – Avstriya
1 – Kayman Adaları
1 – Çili
1 – Kipr

Bənzər yazılar

Back to top button