Dünya

Hatayda dağılan yeni binaların podratçısı jurnalistə belə reaksiya verdi

Türkiyənin Kahramanmaraş vilayətində baş verən 7,7 və 7,6 bal gücündə iki zəlzələ ilə böyük dağıntıların yaşandığı bölgədə yeni tikililərin uçması müzakirələrə səbəb olub. İctimaiyyət bu binaların tikintisinə məsul olanların hamısını, xüsusilə podratçıların qanun qarşısında cavab verməsini tələb edir.

Yeniavaz.com xəbər verir ki, “Sözcü” Hatay vilayətində dağıntılara məruz qalan 3 yaşayış kompleksinin podratçısı ilə əlaqə saxlayıb.

Hatayda 2019-cu ildə tamamlanaraq istifadəyə verilən və zəlzələ nəticəsində yerlə-yeksan olan “Güçlü Bahçe City” yaşayış kompleksinin podratçısı “Ser-Al İnşaat”ın rəhbəri Servet Altaşda məsələyə münasibət bildirməsi istənilib.
“Burada atom bombalarının təsirinə bərabər zəlzələ oldu, hər şey dağıldı, sizi təkcə mənim tikdiyim bina maraqlandırır? Bina ilə bağlı məndən heç nə soruşa bilməzsiniz”, – deyə reaksiya verən S. Altaş telefonu söndürüb.
Hatayda bir çox tikinti layihəsində adı hallanan Altaşın sosial media hesablarına daxil olmaq mümkün deyil.

Vilayətdə “Ser-Al İnşaat” tərəfindən inşa edilən “Venus Gold” və “Mars” yaşayış komplekslərində və digər layihələrdə də dağıntıların olduğu bildirilir.

Bənzər yazılar

Back to top button