İdman

Çaçiç Mahirin “Konyaspor”a keçməsindən danışdı

Zaqreb “Dinamo”sunun baş məşqçisi Ante Çaçiç yaxın vaxtlarda “Konyaspor”a icarəsi rəsmiləşəcək millimizin üzvü Mahir Emrelinin bu keçidi haqda danışıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki, o, hücumçu ilə bağlı deyib: “Emreli və Ştefuljun yazda mümkün qədər çox oyun keçirmələrinin yaxşı olacağını düşündük və buna görə də razılaşdıq ki, Emreli Türkiyəyə, Ştefulj isə Sloveniyaya icarəyə göndərilsin”.

Qeyd edək ki, Emreli “Konyaspor”la bu mövsümün sonuna kimi icarə müqaviləsi imzalayacaq.

Bənzər yazılar

Back to top button