İdman

PSJ Neymarı satır

PSJ futbolçusu Neymarı satmaq qərarına gəlib.

Qol.az xəbər verir ki, bu barədə “Le Parisien” məlumatına yayıb. Parislilərin rəhbərliyi yayda braziliyalı hücumçunu satmaq istəyir. Onlr forvarda görə sərfəli təkliflər gözləyirlər.

2022-ci ilin mayında PSJ-nin maraqlı təklif olacağı təqdirdə Neymarla yolları ayrmaq niyyətində olduğu bildirilmişdi. Fransa mətbuatı bunu məhz komandanın digər hücumçusu Kilian Mbappenin istədiyini yazmışdı. Çünki həmin vaxt futbolçular arasında münasibətlər pis idi.

Daha əvvəl məlum olmuşdu ki, Neymar və PSJ-nin digər futbolçusu Markinyos Liqa 1-də “Monako”ya uduzduqdan (1:3) sonra klubun futbol müşaviri Luis Kamposla mübahisə ediblər.

Qeyd edək ki, 31 yaşlı forvard bu mövsüm PSJ-nin heyətində 27 oyunda 17 qol vurub, 15 qolun ötürməsini verib. O, DÇ-2022-dən bəri klubda 6 oyunda 2 qol vurub və 3 qolun ötürməsini verib.

Bənzər yazılar

Back to top button