Dünya

“Amazon” kosmosa bilet satışına başlayacaq

“Amazon” şirkətinin kosmik turizmlə məşğul olacaq “startup” layihəsi “Blue Origin” 2019-cu ildə kosmosa bilet satışına başlayacaq.

Qaynarinfo Gizmodo-ya istinadən xəbər verir ki, bu barədə “Blue Origin”in vitse-prezidenti Rob Meyerson məlumat verib. O, tezliklə ilk sərnişini yola salmağa hazırlaşdıqlarını, biletlərin 2019-cu ildə satışa çıxarılacağını deyib. Bilet qiyməti barədə açıqlama verilməyib, lakin bir nəfər üçün məbləğin 50 min-250 min dollar arasında olacağı təxmin edilir.

Səyahət “New Shepard” kapsulası vasitəsilə həyata keçiriləcək. “New Shepard” “NASA”-nın “Mercury” kapsulasından 10 dəfə böyükdür. Səyahət Yer atmosferi ilə kosmosu ayıran Karman xəttinə qədər nəzərdə tutulub, daha sonra isə paraşütlə Texas səhrasına eniş həyata keçiriləcək.

Bənzər yazılar

Back to top button