Siyasət

Vəkil Qubad İbadoğlu ilə görüşə buraxılmayıb

Artıq iki gündür ki, həbsdə olan müxalif siyasətçi Qubad İbadoğlu barədə heç bir məlumat yoxdur.

Bunu Turan-a siyasətçinin qardaşı Qalib Bayramov deyib.

Bu gün Bakı istintaq təcridxanasında vəkil Zibeydə Sadıqovaya onunla görüşənə icazə verilməyib.

“Vəkili iki saat gözlədiblər, lakin sonda Qubad İbadoğlu ilə görüşə buraxmayıblar”, – deyə Bayramov bildirib.

Ailə üzvləri onun səhhətindən də narahatdırlar

Onlar İbadoğluya, dərman verib-vermədiyini, özünü necə hiss etdiyini bilmirlər.

Bənzər yazılar

Back to top button