Bizim seçimHadisəManşet

Şumlanan Sumqayıt…

I yazı

Bəri başdan deyim ki, köhnə Sumqayıt sakinlərinin mütləq əsəriyyəti bu fikirdədir ki, gənclik şəhəri Sumqayıtın əvvəldən rəhbər cəhətdən bəxtı gətirməyib. Sumqayıt şəhərində ilk partiya komitəsinin rəhbəri Kamran Hüseynovdan sonra bu şəhərə 12-cü rəhbər Təvəkkül Məmmədov gəldi. İstər T. Məmmədov, istərsə də ondan sonra icra başçısı olan Vaqif Əliyev uzun illər işsizlikdən əziyyət çəkilən şəhər sakinləri üçün yeni iş yerləri açmaq əvəzinə, əksər həmkarları kimi bu sahədə heç bir iş görmədilər. Onlar, nəinki yeni iş yerləri açmadılar, hətta, şəxsi tamahları ucbatından yeni iş yerlərinin açılasının qarşısını aldılar. İndi bütün rayonlarda olduğu kimi ,Sumqayıt rəhbərliyi də şəhərin büdcəsini geninə- boluna çapıb taladı , səkiləri, boş yerlərdə qalan torpaqları , küçələri, parkları hərraca çıxartdı. Sizcə, bu işdə onlara ən çox kömək göstərən kim oldu?

Bələdiyyə, yoxsa, pulyığan?

Əlbəttə ki, vaxtilə şəhər mənzil fonduna rəhbərlik edən, daşdan da pul çıxarmağı bacaran , Sumqayıt şəhər bələdiyyəsinin sədri Zakir Fərəcov. Bələdiyyə sədrinin iştahası o qədər böyük oldu ki, o, dövlət torpağı, şəxsi mülk bilmədən hər şeyi özü üçün pula çevirməyə başladı. Şəhərin köhnə sakinləri, elə indiki nəsl də Z.Fərəcovun şəhərdə indi yox, hələ bələdiyyə sədri olanda nələr törətdiyini, pul xatirinə hansı oyunlardan çıxdığını sübut edən saysız hesabsız misallar gətirə bilər. Biz isə , hələ ki, bunlardan ancaq bir neçəsini diqqətinizə çatdırırıq. Çünki, silsilə yazılarda yazılan və yazılmayan məsələlərə hüquqi qiymət vedilməsi ölkə rəhbərliyinin , hüquq mühafizə orqanlarının, məhkəmənin işi olacaqdır.

Xəyallarda qurulan mikrorayon

Bilənlər bilir, bilməyənlər də bilsin ki, Azərbaycan hökumətinin 1998-ci il tarixli qərarından sonra bütün torpaqlar yeni yaradılan bələdiyyələrə verildi. 2000-ci ildən başlayaraq Sumqayıt şəhərində də yüksüz torpaqlar bələdiyyələrin ixtiyarına verilmişdi. Hələ 1988-ci ildə təsdiq edilmiş Sumqayıt şəhərinin Baş inkişaf planına uyğun olaraq 21-ci mikrorayon salınması üçün nəzərdə tutulan yer Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansından geri alınaraq Sumqayıt şəhər İcraiyyə Komitəsinin balansına verilmişdi. Hətta, bu ərazidə yolların və yeraltı kommunikasiyaların inşasına da başlanmışdı. Baş küçə boyu kanalizasiya xəttləri , yüksək gərginlikli enerji xətləri çəkilmiş, yarımstansiya tikilmişdi və s. Torpaqlar bələdiyyələrə verilən kimi Sumqayıtın rəhbərliyinin xeyir duası ilə bələdiyyə sədri Z.Fərəcov həmin torpaqların bazar qiymətini müəyyənləşdirdi və şəhərdə pulu olan adamlar arasında bölüşdürməyə başlandı. Yaşayış binalarının tikintisi üçün nəzərdə tutulmuş torpağın əsas hissəsi “zəbt edilmiş torpaqlar “ adı altında mənimsənildi. Bu tam qanunsuz əməliyyatlar nəticəsində mikrorayon tikilməsi məqsədi ilə ayrılmış 25 hektar torpaq ayrı-ayrı şəxslər arasında bölündü. İndi bu torpağın xeyli hissəsində Z.Fərəcova , yaxın qohumlarına məxsus xeyli sayda villalar ucaldılmışdır. Sözsüz ki, bu “qapazlama ” əməliyyatında şəhər rəhbərliyi yaxşı qazanc götürdü , hər bir bələdiyyə üzvü isə özünə bir neçə torpaq sahəsi qamarladı . Hətta, iş o yerə çatdı ki, bələdiyyə sədri Z.Fərəcovun birbaşa iştirakı ilə qanunsuz satılan eyni torpaqlar bəzən bir neşə nəfərin adına rəsmiləşdirildi . Beləliklə də, uzun illər işsizlikdən,evsizlikdən əziyyət çəkən Sumqayıt şəhər sakinləri dövlətdən yeni mənzillər , ən vacibi, yeni iş yerləri gözlədikləri bir vaxtda , 25 ha ərazisi olan mikrorayon torpaqları bələdiyyə sədri Z.Fərəcovun əsl qazanc mənbəyinə çevrildi. Sizin fikrinizcə , dövlət səviyyəsində həyata keçirilən bu zəpt etmə, fırıldaq necə baş verdi ? Çox sadə.

“Zəbt edilmiş “ torpaqlar…

Əslində , heç bir metri də zəbt edilməmiş ,əksinə, gələcək mikrorayonun torpaq sahəsində əvvəllər olmuş bəzi vətəndaşlara da başqa ərazilərdə torpaq sahəsi verilməsinə baxmayaraq, şəhər sakinlərinin böyük ümidlə gözlədiyi mikrorayon salınmamış, onun bütün torpaq sahəsi pay-püşk edilmişdi. Təkcə bu “sadə” əməliyyatdan, birbaşa dövlət təyinatlı torpaq sahəsinin satılmasından Z.Fəfəcov həm özü külli miqdarda qazanc götürmüş , həm də yuxarıları “bəs”deyənə qədər yedizdirmişdir. Hələ bu harasıdır ? Bundan sonra da maraqlı , qeyri-adi hadisələr baş vermişdir. Bu işin qeri-adiliyi də ondan idi ki, Z.Fərəcovun xüsusi pul qoparmaq bacarığını nəzərə alan yuxarıdakı havadarları onu daha yüksək vəzifəyə- Abşeron rayon İcra Hakimiyyətinə başçı təyin etdirə bilmişlər. Ondan sonra Sumqayıt şəhərinə bələdiyyə sədri gələn Əbülfəz Babayev də boş bekar oturmamışdır.

Oğrudan oğruya…

Ə.Babayev ilk əvvəl ondan başlayıb ki, Z. Fərəcovun bir çox vətəndaşlara satdığı torpaqlar haqqında olan sərəncamları ləğv etmişdir. Sözsüz ki, yeni sədr də bu torpaqların bir hissəsini özü, qohum əqrabələri arasında bölüşdürmüşdür. Heç də bununla kifayətlənməyən yeni bələdiyyə sədri Z.Fərəcovun satdığı torpaqlarla bağlı materialları da Sumqayıt şəhər prokurorluğuna vermişdir. Ona da Z.Fərəcov deyərlər. O, nəinki, məsələni D. Zeynalovun rəhbərlik etdiyi Sunqayıt şəhər prokurorluğunda boğmuş, hətta , yenidən Sumqayıt şəhərinə icra başçısı gələndən sonra birinci işi- bələdiyyə sədri Ə.Babayevin materiallarını Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş idarəsini göndərmək olmuşdur . Bax belə.

“ İstiqlal“ da belə getdi…

İndi də Z.Fərəcov – V.Əliyev cütlüyünün törətdiyi daha bir qanunsuz əməl- cinayət haqqında yazmağın vaxtıdır. Sumqayıt sakinləri yaxşı bilirlər ki, vaxtilə 10-cu mikrorayonla 13- cü mikrorayon arasında, yolun kənarında 4 hektara yaxın torpaq sahəsi var idi. Sovetlər dönəmində bu sahədə ona görə heç bir əsaslı tikinti aparılmamışdı ki, bu torpağın altından iri ölçülü su boruları, komunikasiya xətləri keçirdi. Bələdiyyənin əli ilə Sumqayıtı metr-metr şumlayan o vaxtkı icra başçısı V.Əliyevin təyinatına qədər bu ərazi sakinlər üçün istirahət yeri kimi, daha dəqiqi “İstiqlal “ parkı kimi nəzərdə tutulmuşdu. Z.Fərəcov başqa yerlərdə olduğu kimi , çox keçmədi bu yerin də axırına çıxdı. Halbuki, lap əvvəldən bu yerin layihəsi hazırlanmış, ərazı çox da hündür olmayan hasara alınmış , xeyli miqdarda ağaclar da əkilmişdi. Sonrakı hadisələr bir daha göstərdi ki, Z.Fərəcova park yox, pul lazımdır. O, park kimi abadlaşdırılması nəzərdə tutulan 4 hektar yerin qanuni sənədlərini gizlədərək cüzi bir ödəmə ilə o yerin də fatihəsini verdi . Onun pul hərisliyinin nəticəsi olaraq qeyd edilən yer ev, iaşə obyektləri tikmək üçün küllü miqdarda pula satılmış, beləliklə də su boruları üstündə , yanında şadlıq evləri, yaşayış evləri, marketlər tikilmişdir. Yeri gəlmişkən, bir sıra mikrorayon sakinlərinin də dediyi kimi, yerin bir hissəsində , Sumqayıt şəhərində ən iri ticarət mərkəzi hesab olunan Hiper Market tikilmişdir ki, bu da Z.Fərəcova məxsusdur vəbu gün şəhəri talayan yaxın qohumlarının adına sənədləşdirilmişdir. Beləliklə, qaz vurub qazan dolduran bələdiyyə sədri Z.Fərəcov daha yüksək vəzifəyə, Abşeron rayonuna icra başçısı təyinatı aldı .

Niyə “zəbt “ əməliyyatına qiymət verilmədi?

Sizcə, Z.Fərəcovun “zəbt “ planı hüquq mühafizə orqanlarının gözdən yayındımı? Əsla yox ! Əlbəttə, qanunlara qalsaydı, belə əməllərə görə onu, eləcə də ona xeyir dua verən icra başçısı V.Əliyevi böyük fəlakət gözləyərdi. Fəlakət gəldi də, lakin bu fəlakəti pulla ört basdır edildi.

Zəruri haşiyə…

Bu yerdə bir məsələni də vurğulamağı vacib hesab edirəm. Əlbəttə, uzun illər YAP hakimiyyətinin idarəçilik metodu hamıya bəllidir. Təm-təraqla vəzifəyə təyin edərlər, illərlə belə başa bəla başçılara, bələdiyyə sədrlərinə hər cür geniş imkanlar yaradarlar. Onlar da arxayın-arxayın sökər , yerləri satıb sovurar, min fırıldaqla insanların mallarını , mülklərini əllərindən alır, əlində 3-5 manat olan sahibkarların da anasını ağladarlar. Bu mənada Z.Fərəcovun da hüdudsuz səlahiyyətləri, xeyli sərvət toplaması, saysız hesabsız obyektlərə, mənzillərə sahib olması indiki şəraitdə elə də təəccüblü deyildir. Təəccüblü olan odur ki, nə qədər belə şəxslər çox yüksək vəzifədə- hakimiyyətdədir, onlara güldən ağır söz deyən olmur. Hətta, zamanında ən ağır cinayətlər törətsələr belə, özündən yuxarıda oturanlara, eləcə də, hüquq mühafizə orqanlarına müəyyən “hörmət “ müqabilində onlara “ gözün üstə qaşın var” deyən olmur. Halbu ki, bu şəxsin- Z.Fərəcovun istər bələdiyyə sədri olanda, istər Abşeron rayon icra hakimiyyətinin başçısı olanda, istərsə də indi Sumqayıt şəhər icra hakimiyyətinin başçısı olanda şəxsi mənafe naminə saysız hesabsız qanunsuz əməlləri hələ ki, cavabsız qalır. Bunlar azmış kimi, Z.Fərəcovun hələ beş ölüm hadisəsində də adı hallanır. Mən 100 faiz iddia etmirəm ki, bu qətl hadisələrində onun birbaşa əli vardır .Lakin, 100 faiz iddia edirəm ki, o, bu qətllərdən ətraflı məlumatı olan ən mühüm, hətta, ən birinci çəxslərdən biridir…

Qətlə aparan yol və yaxud Əvəz Hüseynquliyev niyə öldürüldü?

( Ardı var )

Mətləb Mütəllimli

Bənzər yazılar

Back to top button