İdman

“Messi məni qucaqlayanda xoşbəxt idim” – Sampaoli

“İlk hissədə Nigeriyadan daha yaxşı oynadıq. Topla daha çox biz oynayırdıq. Penaltidən vurulan qoldan sonra narahat olmağa başladıq. Oyunçularım çox cəsur idilər. Bunun sayəsində qrupdan çıxdıq. Çox güclü komandanı məğlub etdik. Onların Musa, Moses kimi yaxşı futbolçuları var idi. Sonuna kimi mübarizə apara biləcək gücümüz oduğunu göstərdik”.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri Argentina millisinin baş məşqçisi Xorxe Sampaoli DÇ-2018-in qrup mərhələsinin 3-cü turunda Nigeriyaya 2:1 hesabı ilə qalib gələrək qrupdan çıxdıqları oyundan sonra keçirilən mətbuat konfrasında deyib.

O, komandanın kapitanı Lionel Messi haqda da danışıb: “Oyun bitdikdən sonra Messi mənə yaxınlaşdı və qucaqladı. Bu zaman çox xoşbəxt idim. O, bütün günü oyun haqqında düşündüyümü yaxşı bilir. Bizim xəyalımız eynidir. İkimiz də dünya çempionatında uğur qazanmaq istəyirik. O, çox gözəl oynadı. Messi hələ də dünyanın ən yaxşı oyunçusudur”.

Bənzər yazılar

Back to top button