Siyasət

Ermənistan Türkiyə ilə sərhədlərin açılması prosesini sürətləndirmək istəyir

Türkiyə ilə sərhədlərin açılması prosesini sürətləndirmək barədə qərar var, bunu cümə günü Türkiyədən səfərdən qayıdan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

“Həmçinin, konkret razılaşmalar əldə olunub. Dialoq və sərhədlərin tam açılması prosesini sürətləndirmək barədə qərar olduğunu deyə bilərəm”, deyə Mirzoyan Türkiyə XİN başçısı Çavuşoğlu ilə əldə etdiyi razılaşmaları şərh edərkən bildirib.

“Turizm mövsümü başlayana qədər üçüncü ölkə vətəndaşlarının və bizim ölkələrimizin vətəndaşlarının diplomatik pasportlarla quru sərhədini keçməsinin mümkün olması üçün işləyəcəyik”, deyə Mirzoyan bildirib. (Turan)

Bənzər yazılar

Back to top button