Cəmiyyət

Azərbaycandan Türkiyəyə 15 təyyarə və 350 yük maşını ilə humanitar yardım göndərilib

Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən sonra fevralın 17-dək Azərbaycandan bu ölkəyə 15 təyyarə və 350 yük maşını ilə humanitar yardım göndərilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin infoqrafik məlumatında deyilir.

867 xilasedici və tibb işçisi, 2 səyyar səhra hospitalı, 4873 çadır, 4 səhra mətbəxi, 861 generator, 221 512 ədəd zəruri məhsul və ləvazimat, 302 034 isti geyim, 693 756 dərman və tibbi preparat, 12 505 isitici və texniki avadanlıq, 21 367 000 milyon manat göndərilib.

Eyni zamanda, bu statistikada fiziki şəxslər və ayrı-ayrı şirkətlər tərəfindən göndərilən yardım qeyd olunmayıb.

Bənzər yazılar

Back to top button