GündəmSiyasət

Azərbaycan prezidenti İsrailin müdafiə naziri ilə görüşüb

Fevralın 17-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev İsrail dövlətinin müdafiə naziri Yoav Qalant ilə görüşüb. Bu barədə dövlət başçısının saytı bildirib.

Əliyev qeyd edib ki, Azərbaycanla İsrail arasında münasibətlər dostluq və tərəfdaşlıq xarakteri daşıyır, müxtəlif sahələrdə, o cümlədən müdafiə və hərbi-texniki sahədə uğurla inkişaf edir.

O əmin olduğunu bildirib ki, tezliklə Azərbaycanın İsraildəki səfirliyinin fəaliyyətə başlaması əlaqələrin inkişafına daha da böyük töhfə verəcək.

Öz növbəsində nazir Yoav Galant İsrail dövlət rəhbərliyinin salamlarını dövlət başçısına çatdırıb.

O, Azərbaycanla İsrail arasında əlaqələrin inkişafından məmnunluğunu bildirib.

Galant vaxtilə Azərbaycana səfərini məmnunluqla xatırladıb və qeyd edib ki, Quba rayonunda yəhudi icması üçün yaradılan şərait onda dərin təəssürat yaradıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bənzər yazılar

Back to top button