Siyasət

Bəxtiyar Hacıyevi azad etməyən məhkəmənin qarşısında etiraz aksiyası

Bazar ertəsi bir qrup vətəndaş cəmiyyəti fəalı Bəxtiyar Hacıyevi həbsdən azad etməyən Apellyasiya Məhkəməsinin qarşısında etiraz aksiyası keçirib. Onlar “Öldürmə, azad et!”, “Azadlıq Bəxtiyarın haqqıdır!» şüarlarını səsləndiriblər.

Polis aksiya iştirakçılarını məhkəmə binasından uzaqlaşdırıb və beş nəfəri saxlayıb: Afiyəddin Məmmədov, Samir Sultanov, Nemət Abbasov, Əli Məlikov və Nərmin Şahmarzadə.

Digər iştirakçılar jurnalistlərə bildiriblər ki, Bəxtiyar hər an ölə bilər və dərhal sərbəst buraxılmalıdır. Lakin hakim Habil Məmmədov bunu nəzərə almayıb.

Bu gün Bəxtiyar məhkəməyə məcburi gətirilib, baxmayaraq ki, vəziyyəti pis olduğundan məhkəmədə iştirak etməmək üçün yazılı müraciət edib. Yolda halı pisləşib və öd qusub, aksiya iştirakçıları deyiblər.

Onlar bildiriblər ki, ictimai yerlərdə etiraz aksiyalarını davam etdirəcəklər.(Turan)

Bənzər yazılar

Back to top button