GündəmSiyasət

Avropa İttifaqının müşahidəçi missiyası Ermənistanın Azərbaycanla sərhədində işə başlayır

Fevralın 20-də Avropa İttifaqı ümumi təhlükəsizlik və müdafiə siyasəti çərçivəsində Ermənistanda mülki missiyaya start verir.

Avropa İttifaqının məlumatında deyilir ki, missiya Avropa İttifaqı Şurasının 23 yanvar 2023-cü il tarixli qərarı ilə yaradılıb. Onun sərhədin erməni tərəfində yerləşdirilməsində məqsəd Ermənistanla həmsərhəd rayonlarda sabitliyin təmin edilməsi, münaqişədən ziyan dəymiş rayonlarda adamların inamının və təhlükəsizliyinin möhkəmləndirilməsi, Avropa İttifaqının dəstəyilə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına şərait yaradılmasıdır.

Ermənistanda mülki missiyanın ümumi mülki personal sayı təxminən 100 nəfərdir, o cümlədən 50 silahsız müşahidəçi olacaq.

Missiyanın operativ qərargahı Ermənistanın Yexeqnadzoda Ermənistanın Vayosdzor vilayətində yerləşəcək.

Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin mülki planlaşdırma üzrə direktoru Stefano Tomat mülki əməliyyat komandanı rəhbəri, Markus Ritter isə missiya rəhbərinin funksiyalarını yerinə yetirəcək.

Ermənistanda mülki missiya ikiillik mandatla neytral bir missiyadır, məlumatda deyilir.

Qeyd edək ki, Azərbaycan bu missiyaya qarşı idi, belə ki, Bakı hesab edir ki, Yerevan Ermənistan-Azərbaycan sərhədinin demarkasiyasını həyata keçirməmək üçün bundan istifadə edir.(Turan)

Bənzər yazılar

Back to top button