İdman

“Liverpul” “Enfild”də belə uduzmamışdı – “Üç həftə ərzində hər şey dəyişə bilər”

“Liverpul” tarixində ilk dəfə avrokuboklarda “Enfild” stadionunda keçirdiyi oyunda 5 qol buraxıb.

Qol.az xəbər verir ki, Mersisayd təmsilçisi Çempionlar Liqasının 1/8 final mərhələsində ötən gecə “Real”a 2:5 hesabı ilə uduzub.

Düzdür, “qırmızılar”ın qapısına iki dəfə bu meydanda “Arsenal” 5 qol vurmağı bacarıb. Amma bu, Premyer Liqa oyununda olub.

Qeyd edək ki, “Liverpul”la “Real” arasında cavab matçı martın 15-də “Santyaqo Bernabeu”da keçiriləcək.

“Başlanğıc əla idi. Biz belə oynamaq istəyirdik. Buraxılan qollardan başqa bütün birinci hissə yaxşı keçdi. İlk qolU buraxdıqdan sonra bir az passivləşdik, onların arxasınca getmədik. İkinci qol olmamalı idi. Daha sonra hesab 2:3 oldu ki, bu da əks-hücumlarda yaxşı oynayan komandaya qarşı o qədər də yaxşı nəticə deyil. İlk hissədəki kimi bütün 95 dəqiqəni oynamalı idik”.

Bu sözləri “Liverpul”un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının 1/8 finalında “Real”a 2:5 hesabı ilə uduzduqları ilk oyundan sonra deyib.

O, cavab görüşü haqda da danışıb: “Madridə gedib orada futbol oynayacağıq. Bu, böyük bir sınaq olacaq. Ancaq əvvəlcə Premyer Liqada oynamalı və bu görüşdən dərs aldığımıza əmin olmalıyıq. Məncə, Karlo Ançelotti hər şeyin burada həll olunduğunu düşünür. Düzünü desəm, hazırda mən də belə fikirləşirəm. Ancaq üç həftə ərzində hər şey dəyişə bilər. Biz ora qələbə üçün gedəcəyik. Deyə biləcəyim tək şey budur”.

Bənzər yazılar

Back to top button