Dünya

ABŞ Ukraynaya 10 milyard dollarlıq daha bir yardım paketini açıqlayıb

Cümə günü Bayden Administrasiyası bildirib ki, Ukraynaya Kiyev hökumətinə büdcə dəstəyi və Rusiyanın energetika infrastrukturuna hücumlarının nəticələrindən zərər çəkən ukraynalılara kömək də daxil olmaqla, daha 10 milyard dollarlıq yardım paketi təqdim edəcək. Xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.

“Bu vəsait Ukrayna üçün həlledici əhəmiyyət kəsb edir, belə ki, ölkə özünü Rusiyadan müdafiə edir və Ukrayna hökumətinin səhiyyə, təhsil və təcili yardım xidmətləri də daxil olmaqla, öz vətəndaşlarının mühüm tələbatlarını təmin etməyə davam edə biləcəyinə zəmanət verir”, deyə dövlət katibi Entoni Blinken bildirib.

Rusiya Ukraynanın mülki və əhəmiyyətli energetika infrastrukturuna amansız hücumları davam etdirdiyi bir vaxtda Bayden administrasiyası Ukraynaya kritik əhəmiyyətə malik elektrik şəbəkələrini bərpa etmək üçün 250 milyon dollar ölçüsündə əlavə yardım göstərilməsi üzərində işləyir. “Bu, bütün Ukraynada məktəbləri və xəstəxanaları bağlamamağa, evləri isitməyə imkan verəcək”, deyə Blinken əlavə edib.

Xatırladaq ki, cümə günü səhər ABŞ Ukraynaya daha 2 milyard dollar ayırıb və Moskvaya qarşı sanksiyaları gücləndirib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button