Hadisə
İntihara cəhd edən Aygün Əliyevanın son durumu açıqlandı

AZƏRTAC-ın keçmiş əməkdaşı Aygün Əliyevanın son durumu açıqlanıb.
Bu barədə Yeniavaz.com-a TƏBİB-dən məlumat verilib.
Məlumatda bildirilib ki, 1982-ci il təvəllüdlü vətəndaş 27.02.2023-cü il tarixində saat 11:45 radələrində dərman zəhərlənməsi diaqnozu ilə TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib:
“İlkin tibbi yardım göstərilib, hazırda müalicəsi davam etdirilir”.