GündəmSiyasət

Qarabağ erməniləri Azərbaycana reinteqrasiya ilə bağlı danışıqlar haqqında iddiaları təkzib edirlər

Qarabağ separatçıları Azərbaycan tərəfinin martın 1-də Xocalıda danışıqlar zamanı Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyası məsələlərinin müzakirə olunduğu haqqında iddialarını təkzib edirlər.

Belə ki, Qarabağın “təhlükəsizlik şurası” martın 3-də yaydığı məlumatda bildirir ki, görüşdə “təxirəsalınmaz humanitar məsələlər” müzakirə olunub.

Mənbənin məlumatına görə, “təhlükəsizlik şurasının katibi” Samvel Şahramanyan Azərbaycanla danışıqlar üzrə İşçi Qrupun rəhbəri təyin edilib.

Martın 1-də keçirilən görüşün gündəliyində Qarabağa Ermənistandan fasiləsiz qaz verilməsinin təmin edilməsi; Ermənistandan yüksək gərginlikli elektrik xəttinin Qarabağa çıxışının təmin edilməsi və onun təmiri; Azərbaycan tərəfinin ərazidəki “Qızılbulaq” (Kaşen) və “Dəmirli” (Drombon) yataqlarının birdəfəlik vizual monitorinqini aparması; Laçın yolunun tam açılması məsələləri olub.

Ermənistan tərəfinə ermənilərin Azərbaycana inteqrasiyası məsələlərini deyil, yalnız bu məsələləri müzakirə etmək səlahiyyəti verilmişdi.

Gündəlikdəki məsələlər müzakirə olunub və konkret razılaşmalar əldə olunub. Azərbaycan tərəfi öz rəhbərliyinə məlumat verməyi və nəticələri haqqında məlumatlandırmağı vəd edib. İctimaiyyətə yalnız ümumi məlumat vermək barədə razılıq əldə olunub.

Amma Azərbaycan qrupunun rəhbəri Ramin Məmmədovun görüşün nəticələri haqqında bəyanatlarında “dezinformasiya” yer alırdı. Bu, xüsusən, “Qarabağın erməni əhalisinin Azərbaycana reinteqrasiyası” haqqında bəyanata aiddir.

Nümayəndələrin növbəti görüşünün “Gəncədə və ya Ağdamda, rusiya sülhməramlı qüvvələrinin iştirakı olmadan keçirilə biləcəyi” haqqında bəyanat da həqiqətə uyğun deyil, deyə məlumatda bildirilir.

Bənzər yazılar

Back to top button