Siyasət

Avropa İttifaqı və Rusiya Xarici İşlər Nazirliyi Bakı və Yerevanı təmkinli olmağa çağırıblar

Avropa İttifaqı və Rusiya Xarici İşlər Nazirliyi martın 5-də Qarabağda baş verən toqquşmalarla əlaqədar Bakı və Yerevanı regionda sabitliyin pozulmasının qarşısını almağa çağırıblar.

“Biz bütün əlaqədar tərəfləri regional sabitliyi daha da poza biləcək və sülh prosesini təhlükə altına ala biləcək istənilən hərəkətin qarşısını almaq üçün təmkinlik nümayiş etdirməyə çağırırıq. Avropa İttifaqı dünən gərginliyin artmasından təəssüflənir və onun bütün təfərrüatlarını araşdırmağa çağırır”, – Avropa İttifaqı Xarici Siyasət Xidmətinin mətbuat katibi Piter Stano deyib.

Öz növbəsində, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Moskvanın Qarabağdakı gərginliyin şiddətlənməsindən narahatlığını bildirib, Yerevan və Bakını təmkinli olmağa çağırıb.

“Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin şiddətlənməsindən ciddi narahatlığımızı bildiririk. Son günlər dəfələrlə atəşkəs rejiminin pozulması halları baş verib.

Martın 5- də həm Ermənistan, həm də Azərbaycan tərəfdən insan tələfatı ilə nəticələnən silahlı insident baş verib”, – Zaxarova deyib.

“Təkidlə tərəfləri təmkinlk nümayiş etdirməyə və gərginliyin səngiməsi üçün addımlar atmağa, atəşkəsin və bütün hərbi əməliyyatların tam dayandırılması ilə bağlı 2020- ci il noyabr tarixli razılaşmalara əməl etməyə çağırırıq”, – şərhdə deyilir.(Turan)

Bənzər yazılar

Back to top button