Dünya

Ermənistan parlamenti ölkə prezidentini seçib

Cümə axşamı Ermənistan parlamenti pespublika prezidenti postuna Baaqn Xaçatryanı seçib.

Səsvermə iki turda keçirilib, belə ki, birinci turda Xaçatryana 69 deputat səs verib (81 olması lazımdır). Müxalifət səsvermədə iştirak etməyib.

İkinci turda 71 deputatı – hakim Vətəndaş Müqaviləsi Partiyasının parlament fraksiyasının bütün tərkibi Xaçatryana səs verib.

Deputatların qarşısında çıxış edən Xaçatryan qonşularla barışa və regional əməkdaşlığın inkişafına tərəfdar olduğunu bildirib.

Fevralın 3-də Ermənistanın ictimai televiziyasına müsahibəsində Vaaqn Xaçatryan bildirmişdi ki, Ermənistan Azərbaycan və Türkiyə ilə sülh şəraitində yaşamalıdır. Xaçatryan heç cür təsəvvür edə bilmir ki, qonşularla necə savaşmaq, mübahisə etmək olar. “Mən hesab edirəm qonşularla ancaq sülh şəraitində yaşamaq olar”, – o deyib. O, Ermənistanın “sülhə məcbur edilməsi” ilə bağlı müxalifətin tezisini köhnəlmiş adlandırıb.

“Ermənistan vətəndaşları başa düşməlidirlər ki, sülh həyat və inkişaf üçün yeganə variantdır. Hətta biz çox güclü olsaq da, sülhə can atmalıyıq, başqaları ilə münasibətlərimizdə bunu əldə rəhbər tutmalıyıq”, – Xaçatryan qeyd edib.

Ermənistan-Türkiyə prosesinə gəlincə, o, buna çox müsbət yanaşır. “Bunu davam etdirmək lazımdır, nəticədə proses iqtisadi və siyasi münasibətlərə gətirib çıxaracaq”, – Xaçatryan deyib.

63 yaşlı Xaçatryan 1992-1996-cı illərdə Yerevanın meri, Ermənistan prezidenti Levon Ter-Petrosyanın müşaviri olub. 1996-1999-cu illərdə parlamentin deputatı olub.

Vaaqn Xaçatryan Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə beynəlxalq təşəbbüslərin iştirakçısı olub. 2020-ci il oktyabrın 7-də Potsdamda Azərbaycan, Ermənistan və Gürcüstanın liberal- demokratik partiyaları tərəfindən imzalanmış Potsdam bəyannaməsinin həmmüəlliflərindən biridir.

Sənəd Cənubi Qafqazın gələcəyini və münaqişələrin dinc yolla nizamlanmasını inteqrasiya prosesləri vasitəsilə Avropa məkanına daxil olmaq və regionda ümumbəşəri dəyərlərin bərqərar olması ilə əlaqələndirir.

Bənzər yazılar

Back to top button