AnalitikaDünya

Pekin – Riyad – Tehran üçbucağı… – Moskva oyundan kənarda qalır

Çin İran və Səudiyyə Ərəbistanı arasında diplomatik razılaşmaya vasitəçilik etməyə kömək edir: Pekində dörd günlük gərgin danışıqlardan sonra ölkələr diplomatik əlaqələri bərpa etməyə razılaşıblar. Pekinin İran və Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin bərpasında uğurlu vasitəçiliyi – onun regionda lider-moderator statusunu və iqtisadi təsirinin ABŞ-dan üstünlüyünü müəyyənləşdirir. Pekin ortamüddətli perspektivdə dünyanın bütün regionlarında növbəti addımları atacaq…

Moskva üçün İran-Səudiyyə yolunda birbaşa səylərin olmaması həyəcanverici siqnaldır. Pekinin bəyan etmədiyi, amma həyata keçirdiyi qlobal status amili Rusiya Xarici İşlər Nazirliyində nəzərə alınmır. Pekinin dünya statusu və qlobal miqyasda Çin gücünün böyüməsi perspektivləri nə qədər çox nəzərə alınmasa, Rusiyanın dünyada real təsirinin azalması bir o qədər böyükdür…

Moskva üçün ən təhlükəlisi odur ki, Moskva və Pekinin “Böyük İkili”də “ikinci” olmaq barədə hətta konsepsiya səviyyəsində belə anlayışı yoxdur və bəzi Kremlin rəsmiləri konsepsiyanın zəruriliyini belə rədd edirlər. Əsl Çin təhlükəsi Uzaq Şərqdə deyil, bu qlobal konsepsiyadan kənarda qalmaq və ya Çin qlobal liderliyində üçüncü rollarda qalmaqdır. Moskva əgər Yaxın Şərqdə, Mərkəzi Asiyada qlobal oyunçu olaraq qalmaq istəyirsə, qarşısına məqsəd qoymalıdır ki, Çinin qlobal idarəetmə konsepsiyasına təsirini artırsın. Çünki Çinin qlobal layihəsində öz payını artırmaq, bu, 21-ci əsrin ikinci yarısında qlobal dominantlığa aparan birbaşa yoldur…

Pərviz Əliyev, çinşünas

Bənzər yazılar

Back to top button