İqtisadiyyat
Azərbaycanda bal bahalanıb – Son 4 ilin statistikası

Ötən il Azərbaycanda 32 min 933 təsərrüfatda mövcud olan 656,1 min arı ailəsindən 7 min 445,9 ton bal, 174,1 ton mum, 19,1 ton vərəmum, 23,4 ton güləm və 379,1 kq arı südü əldə olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, balın 1 kiloqramının orta satış qiyməti 26,7 manat, mumun 14,7 manat, vərəmumun 91 manat, güləmin 131,7 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 5,6 manat olub.
Məlumat üçün bildirək ki, əvvəlki illə müqayisədə bal istehsalı 643,2 ton artıb. Son bir ildə 1 kiloqram balın orta satış qiyməti isə 1 manat 40 qəpik bahalanıb.
Məlumat üçün qeyd edək ki, Azərbaycanda arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 manat subsidiya verilir.