Siyasət

Azərbaycan-Ermənistan nümayəndələri sərhədin dəqiqləşdirilməsi üçün görüşüblər

Azərbaycan və Ermənistan nümayəndələri sərhədin dəqiqləşdirilməsi üçün Tex-Kornidzor hissəsində görüş keçiriblər.

Yeniavaz.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, iki ölkə nümayəndələri sərhədin dəqiqləşdirilməsi istiqamətində iş aparırlar:
“Nəticədə bu sahədə vəziyyət xeyli yaxşılaşıb”.

Qeyd edilib ki, hazırda işlər davam etdirilir, nəticələr barədə ictimaiyyətə məlumat veriləcək.

Bənzər yazılar

Back to top button