Gündəm

Rusiyalı sülhməramlılar daha 63 nəfər Rusiya vətəndaşını Qarabağdan çıxarıb

Aprelin 7-də Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları Rusiya vətəndaşlarını Qarabağdan təxliyə edib. Əsasən 63 nəfər çıxarılıb, teleqram- kanallar yazırlar, məlumata videomaterial əlavə edirlər:https://web.telegram.org/k/#@bez_tor

Şuşa şəhəri yaxınlığında aksiyanı davam etdirən azərbaycanlı mülki fəallar isə bildiriblər ki, cümə günü səhər Xankəndidən Ermənistan tərəfə iki avtomobil karvanı – sülhməramlıların 18 avtomobili və Qırmızı Xaç Komitəsinin bir neçə avtomobili keçib. Ermənistan KİV-in məlumatına görə, Qırmızı Xaç 12 xəstə aparıb.

Xatırladaq ki, bundan öncə sülhməramlıların maşınları ilə 100-ə yaxın rusiyalı vətəndaş aparılıb.(Turan)

Bənzər yazılar

Back to top button