Cəmiyyət

AQTA 130 məktəbi cərimələdi – Siyahı

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi paytaxtın Yasamal rayonunda yerləşən A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəbdə qida qəbulundan sonra 7 şagirdin səhhətində yaranmış narahatlıqlarla əlaqədar aparılan araşdırmaların ilkin nəticələri ilə bağlı məlumat yayıb.

Yeniavaz.com xəbər verir, aparılmış yoxlama zamanı məlum olub ki, aprelin 6-da sözügedən məktəbin müxtəlif siniflərində təhsil alan 7 şagird məktəbin yeməkxanasında xidmət göstərən “TAİS İKF” MMC tərəfindən satışı həyata keçirilən toyuğun qızardılmış döş əti (nagets), 1 şagird isə dönər (şaurma) qəbul edib. Qida qəbulundan sonra şagirdlərin səhhətində epiqastral nahiyədə ağrılar, ürəkbulanma, başağrısı, baş gicəllənmə müşahidə edilib. Məktəbin tibb məntəqəsində şagirdlərə ilkin tibbi yardım göstərildikdən dərhal sonra təcili tibbi yardıma müraciət olunub.

Qeyd olunan hadisə ilə bağlı 20 nömrəli tam orta məktəbdə keçirilən yoxlama zamanı “TAİS İKF” MMC-nin yeməkxanada icarə müqaviləsi əsasında fəaliyyət göstərdiyi, adıçəkilən qidaların məktəbə həmin şirkət tərəfindən hazır şəkildə termobokslara yığılaraq gətirildiyi məlum olub. Sözügedən qidaların vitrinlərə (isti və soyuq vitrin, açıq vitrin) yığılaraq satışı həyata keçirilir. Həmçinin, məktəbdə yoxlama zamanı müəssisəyə qida məhsulları gətirildikdən sonra temperatur və nəmliyə nəzarət olunmadığı da müəyyən edilib.

Eyni zamanda, yoxlama zamanı 26 adda müxtəlif çeşiddə qida məhsulundan nümunələr, 6 nəfər işçinin əllərindən yaxma nümunəsi və 20 ədəd müxtəlif səthlərdən, istifadə olunan alət və ləvazimatlardan yaxma nümunələri götürülərək laborator müayinələrin aparılması məqsədilə Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq sınaq laboratoriyalarına təqdim edilib. Həmçinin, yuxarıda adı qeyd olunan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi, ev 5 ünvanında fəaliyyət göstərən “TAİS İKF” MMC-yə məxsus qidaların hazırlanması və çatdırılması müəssisəsində AQTA tərəfindən plandankənar yoxlama tədbirləri davam etdirilir. Yoxlamanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

2022-2023-cü illər ərzində Agentlik tərəfindən qida məhsullarının minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin, o cümlədən qidalanmanın təşkili səviyyəsinin yoxlanılması məqsədilə qida bloku ilə təmin olunmuş 174 ümumi təhsil müəssisəsində yoxlama həyata keçirilib. Yoxlamalar çərçivəsində müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınması, qida blokunun işçi heyətinin ilkin və dövri-tibbi müayinədən keçməsi, qida bloklarında yeyinti məhsullarının tədarükü, saxlanılması, etiketlənmə və qablaşdırılmasına dair tələblərə əməl olunması, minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri və onları təsdiq edən müşayiətedici sənədlər, qida bloklarının sanitar-texniki və sanitar-gigiyenik normalara uyğunluğu araşdırılıb və müvafiq aktlar tərtib edilib. Yoxlama zamanı 172 ümumi təhsil müəssisəsində müxtəlif nöqsanlar aşkar edilib ki, bunlardan 42-də inzibati məsuliyyət yaratmayan (qida təhlükəsizliyi qeydiyyatına alınmamaq), 130-da isə inzibati məsuliyyət yaradan nöqsanlar müəyyən edilib, nəticədə təhsil müəssisəsinin məsul şəxsləri inzibati məsuliyyətə cəlb olunublar.

AQTA bildirib ki, belə yoxlamalardan biri də 20 nömrəli tam orta məktəbdə həyata keçirilib. Belə ki, cari ilin 16-18 yanvar tarixlərində adıçəkilən məktəbin qida blokunda həyata keçirilən yoxlama zamanı qida sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulması halları aşkar edilərək məktəbin vəzifəli şəxsi barəsində inzibati məsuliyyət tədbiri görülüb və nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.

Yoxlama həyata keçirilmiş müəssisələrin siyahısını təqdim edirik:

Ümumi təhsil müəssisələrinin qida bloklarında aparılmış yoxlamalar barədə
məlumat
S/N Ümumi təhsil müəssisəsinin
yerləşdiyi şəhər/rayon
Ümumi təhsil müəssisəsinin adı Aşkar olunmuş nöqsanlar Görülmüş inzibati məsuliyyət tədbiri
1 Bakı şəhəri 187 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
2 Bakı şəhəri Kimya-Biologiya Təmayüllü Respublika Liseyi Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
3 Bakı şəhəri 114 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
4 Bakı şəhəri 149 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
5 Bakı şəhəri 182 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
6 Bakı şəhəri A.Hüseynzadə adına 20 nömrəli məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
7 Bakı şəhəri 6 nömrəli orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
8 Bakı şəhəri 60 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
9 Bakı şəhəri T.Həsənov adına 23 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
10 Bakı şəhəri S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziya Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
11 Bakı şəhəri Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
12 Bakı şəhəri E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbi Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
13 Bakı şəhəri Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
14 Bakı şəhəri 11 nömrəli inteqrasiya təlimli internat məktəbi Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
15 Bakı şəhəri Bakı Avropa Liseyi Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
16 Bakı şəhəri Bülbül adına Orta İxtisas Musiqi Məktəbi Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
17 Bakı şəhəri S.C.Pişəvari adına Respublika Humanitar Fənlər Gimnaziyası Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
18 Bakı şəhəri Məktəb-Lisey Kompleksi Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
19 Bakı şəhəri A.S.Makarenko adına Respublika Humanitar Fənlər Təmayüllü Gimnaziya Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
20 Bakı şəhəri “Ankara” məktəb-liseyi Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
21 Bakı şəhəri 132-134 nömrəli Təhsil Kompleksi Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
22 Bakı şəhəri Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Respublika Liseyi Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
23 Bakı şəhəri Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
24 Bakı şəhəri E.Quliyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbi Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
25 Gəncə şəhəri Fizika, Riyaziyyat, İnformatika Təmayüllü Lisey Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
26 Gəncə şəhəri M.Mehdizadə adına 4 nömrəli Xarici Dil Təmayüllü Məktəb-Lisey Nöqsan aşkar edilib İnzibati məsuliyyət tədbiri görülməyib
27 Gəncə şəhəri M.C.Paşayev adına 39 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
28 Gəncə şəhəri M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati məsuliyyət tədbiri görülməyib
29 Gəncə şəhəri 21 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
30 Gəncə şəhəri 44 nömrəli orta məktəb-lisey Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
31 Gəncə şəhəri 26 nömrəli məktəb-lisey Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
32 Gəncə şəhəri 17 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
33 Gəncə şəhəri M.Ə.Sabir adına 5 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
34 Gəncə şəhəri İnteqrasiya təlimli internat tipli gimnaziya Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
35 Gəncə şəhəri İnternat tipli Xarici Dillər Təmayüllü Gimnaziya Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
36 Sumqayıt şəhəri 11 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati məsuliyyət tədbiri görülməyib
37 Sumqayıt şəhəri İ.Qayıbov adına 1 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati məsuliyyət tədbiri görülməyib
38 Sumqayıt şəhəri 4 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
39 Sumqayıt şəhəri V.İbrahimov adına 35 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati məsuliyyət tədbiri görülməyib
40 Sumqayıt şəhəri N.Tusi adına 12 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati məsuliyyət tədbiri görülməyib
41 Sumqayıt şəhəri P.Həşimov adına 28 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati məsuliyyət tədbiri görülməyib
42 Sumqayıt şəhəri 14 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
43 Sumqayıt şəhəri İnternat tipli gimnaziya Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
44 Sumqayıt şəhəri General M.Əsədov adına İnteqrasiya Təlimli İnternat tipli Gimnaziya Nöqsan aşkar edilib İnzibati məsuliyyət tədbiri görülməyib
45 Sumqayıt şəhəri Sağlamlıq imkanları məhdud uşaqlar üçün Xüsusi məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
46 Abşeron rayonu 2 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
47 Abşeron rayonu 9 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
48 Abşeron rayonu 1 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
49 Abşeron rayonu 5 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati məsuliyyət tədbiri görülməyib
50 Abşeron rayonu 3 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati məsuliyyət tədbiri görülməyib
51 Abşeron rayonu 4 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati məsuliyyət tədbiri görülməyib
52 Abşeron rayonu Məmmədli kənd tam orta məktəb Nöqsan aşkar edilib İnzibati məsuliyyət tədbiri görülməyib
53 Abşeron rayonu B.Y.Cəfərov adına 3 nömrəli məktəb-lisey Nöqsan aşkar edilib İnzibati məsuliyyət tədbiri görülməyib
54 Abşeron rayonu 7 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati məsuliyyət tədbiri görülməyib
55 Abşeron rayonu Q.Xalıqov adına 1 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
56 Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati məsuliyyət tədbiri görülməyib
57 Abşeron rayonu Saray qəsəbə 3 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati məsuliyyət tədbiri görülməyib
58 Samux rayonu İnstitut qəsəbə tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
59 Goranboy şəhəri 1 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
60 Goranboy şəhəri İnteqrasiya təlimli internat tipli gimnaziya Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
61 Ağsu rayonu 3 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
62 Ağsu rayonu 1 nömrəli məktəb-lisey Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
63 Ağsu rayonu Pirhəsənli kənd tam orta məktəbi Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
64 Ağsu rayonu Gəgəli kənd tam orta məktəbi Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
65 Ağsu rayonu Ərəbuşağı kənd tam orta məktəbi Nöqsan aşkar edilib İnzibati məsuliyyət tədbiri görülməyib
66 Şamaxı şəhəri Texniki Humanitar və Təbiət Təmayüllü Lisey Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
67 İsmayıllı rayonu 1 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
68 İsmayıllı rayonu İvanovka kənd tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
69 İsmayıllı rayonu E.Bayramov adına Talıstan kənd tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
70 Göyçay şəhəri S.Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziya Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
71 Qəbələ şəhəri P.Osmanov adına 2 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati tənbehvermə haqqında qərar qəbul edilib
72 Qəbələ şəhəri 1 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
73 Qəbələ şəhəri 4 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
74 Qəbələ rayonu 1 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
75 Qəbələ rayonu Hacıalılı kənd tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
76 Qəbələ rayonu Həmzəli kənd tam orta məktəb Nöqsan aşkar edilib İnzibati tənbehvermə haqqında qərar qəbul edilib
77 Şəki şəhəri İnteqrasiya təlimli internat tipli gimnaziya Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
78 Şəki şəhəri Kimya-Biologiya Təmayüllü Respublika Liseyi Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
79 Zaqatala şəhəri N.Hüseyn adına 2 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
80 Zaqatala şəhəri İnteqrasiya təlimli internat tipli gimnaziya Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
81 Balakən şəhəri İnteqrasiya təlimli internat tipli gimnaziya Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
82 Balakən şəhəri Akademik Z.Əliyeva adına tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
83 Salyan rayonu 1 nömrəli humanitar fənlər təmayüllü məktəb-lisey Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
84 Salyan rayonu Y.Qasımov adına 4 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
85 Salyan rayonu A.Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziya Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
86 Salyan rayonu Ə.Kürçaylı adına 7 nömrəli texniki fənlər təmayüllü məktəb-lisey Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
87 Salyan rayonu N.Gəncəvi adına 2 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
88 Salyan rayonu A.Əliyev adına Aşağı Kürkənd kənd tam orta məktəb Nöqsan aşkar edilib İnzibati məsuliyyət tədbiri görülməyib
89 Salyan rayonu 9 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
90 Salyan rayonu M.Dadaşov adına Kürqaraqaşlı kənd tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
91 Salyan rayonu E.Ağayev adına Arbatan kənd tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
92 Salyan rayonu M.Muradxanov adına 6 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
93 Salyan rayonu S.Həsənov adına Sarvan kənd tam orta məktəb Nöqsan aşkar edilib İnzibati məsuliyyət tədbiri görülməyib
94 Salyan rayonu A.Sadıqov adına Aşağı Noxudlu kənd tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
95 Salyan rayonu V.İsmayılov adına Şorsulu kənd tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
96 Salyan rayonu A.Nağıyev adına Dayıkənd kənd tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
97 Salyan rayonu M.İsmayılov adına Yolüstü kənd tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
98 Salyan rayonu Ə.Quliyev adına Qızılağac kənd tam orta məktəbi Nöqsan aşkar edilib İnzibati məsuliyyət tədbiri görülməyib
99 Salyan rayonu V.Xəlilov adına Qarabağlı kənd 1 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
100 Şirvan şəhəri Kimya-Biologiya Təmayüllü Respublika Liseyi Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
101 Neftçala şəhəri M.Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziya Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
102 Quba rayonu Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tam orta internat məktəbi Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
103 Quba rayonu Xınalıq kənd tam orta internat məktəbi Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
104 Quba rayonu Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Respublika Liseyi Nöqsan aşkar edilib İnzibati məsuliyyət tədbiri görülməyib
105 Quba rayonu A.Məmmədov adına 2 nömrəli təbiət fənlər təmayüllü məktəb-lisey Nöqsan aşkar edilib İnzibati məsuliyyət tədbiri görülməyib
106 Qusar rayonu Çiləgir tam orta məktəb Nöqsan aşkar edilib İnzibati məsuliyyət tədbiri görülməyib
107 Qusar rayonu 2 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati məsuliyyət tədbiri görülməyib
108 Qusar rayonu 6 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
109 Siyəzən şəhəri İnteqrasiya təlimli internat tipli gimnaziya Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
110 Siyəzən şəhəri 6 nömrəli tam orta məktəb-lisey Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
111 Şabran şəhəri R.Yusifov adına 2 nömrəli məktəb-lisey Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
112 Oğuz rayonu M.F.Axundov adına Xaçmaz kənd 1 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
113 Xaçmaz şəhəri Akademik Z.Əliyeva adına 8 nömrəli məktəb-lisey Nöqsan aşkar edilib İnzibati məsuliyyət tədbiri görülməyib
114 Xaçmaz şəhəri C.Cabbarlı adına 6 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati məsuliyyət tədbiri görülməyib
115 Lənkəran şəhəri Xarici Dil Təmayüllü Gimnaziya Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
116 Lənkəran şəhəri V.Əliyev adına 4 nömrəli tam orta məktəb-lisey Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
117 Lənkəran şəhəri A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
118 Lənkəran şəhəri 8 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
119 Lənkəran şəhəri Boladi kənd 1 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
120 Lənkəran şəhəri S.Kazımov adına 6 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
121 Lənkəran şəhəri 5 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
122 Lənkəran şəhəri T.Bayraməlibəyov adına 2 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati məsuliyyət tədbiri görülməyib
123 Lənkəran şəhəri M.Fərzullayev adına Mamusta kənd tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
124 Lənkəran şəhəri Şıxəkaran kənd orta məktəbi Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
125 Lənkəran şəhəri Q.Zeynalov adına Darquba kənd tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
126 Lənkəran şəhəri Aşağı Nüvədi qəsəbə tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
127 Lənkəran şəhəri R.Dadaşov adına Sütəmurdov kənd tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
128 Lənkəran şəhəri M.Əbilov adına Şağlaküçə kənd tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
129 Lənkəran şəhəri Ə.Y.Xaliqov adına Rvo kənd tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
130 Lənkəran şəhəri Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbi Nöqsan aşkar edilib İnzibati məsuliyyət tədbiri görülməyib
131 Masallı rayonu Digah kənd 4 nömrəli orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
132 Masallı rayonu 1 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
133 Masallı rayonu Təzə Alvadı kənd 1 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
134 Lerik rayonu V.İbrahimov adına İnteqrasiya Təlimli İnternat tipli Gimnaziya Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
135 Biləsuvar rayonu Nizami adına 1 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
136 Biləsuvar rayonu Ağalıkənd kənd tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
137 Cəlilabad şəhəri Akademik Z.Əliyeva adına 7 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati məsuliyyət tədbiri görülməyib
138 Ağdaş rayonu M.Şeyxzadə adına internat tipli TTH Fənlər Təmayüllü Gimnaziya Nöqsan aşkar edilib İnzibati məsuliyyət tədbiri görülməyib
139 Bərdə rayonu N.Nərimanov adına 3 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
140 Bərdə rayonu Şəhid Alı adına 5 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
141 Tərtər şəhəri 1 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
142 Tərtər şəhəri 5 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
143 Mingəçevir şəhəri M.Hüseynzadə adına 3 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
144 Mingəçevir şəhəri İnteqrasiya təlimli internat tipli gimnaziya Nöqsan aşkar edilib İnzibati məsuliyyət tədbiri görülməyib
145 Yevlax rayonu Mehman Kərimov adınaTanrıqulular kənd tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
146 Tovuz rayonu İnteqrasiya təlimli internat tipli gimnaziya Nöqsan aşkar edilib İnzibati məsuliyyət tədbiri görülməyib
147 Tovuz rayonu N.Tusi adına təbiət və texniki fənlər təmayüllü məktəb-lisey Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
148 Tovuz rayonu Y.Sadıqov adına Bozalqanlı kənd tam orta məktəb Nöqsan aşkar edilib İnzibati məsuliyyət tədbiri görülməyib
149 Tovuz rayonu A.Spuşkin adına tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
150 Tovuz rayonu İ.Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəb Nöqsan aşkar edilib İnzibati məsuliyyət tədbiri görülməyib
151 Tovuz rayonu Qovlar şəhər S.Kazımov adına tam orta məktəb Nöqsan aşkar edilib İnzibati məsuliyyət tədbiri görülməyib
152 Şəmkir rayonu Kimya-Biologiya Təmayüllü Respublika Liseyi Nöqsan aşkar edilib İnzibati məsuliyyət tədbiri görülməyib
153 Şəmkir rayonu H.Z.Tağıyev adına Kür qəsəbə 2 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati məsuliyyət tədbiri görülməyib
154 Şəmkir rayonu Sabirkənd kənd S.Rüstəmov adına tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
155 Şəmkir rayonu S.Vurğun adına Təzəkənd kənd tam orta məktəb Nöqsan aşkar edilib İnzibati məsuliyyət tədbiri görülməyib
156 Qazax rayonu S.Vurğun adına 2 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati məsuliyyət tədbiri görülməyib
157 Qazax rayonu Daş Salahlı kənd A.Əmilov adına 1 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
158 Ağstafa şəhəri Ə.Hüseynov adına 1 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati məsuliyyət tədbiri görülməyib
159 Ağstafa şəhəri A.Abdullayev adına 2 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
160 Gədəbəy şəhəri 1 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati məsuliyyət tədbiri görülməyib
161 Ucar şəhəri 4 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
162 Ağcabədi rayonu Ş.Hüseynov adına 2 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
163 Ağcabədi rayonu C.İbrahimov adına 8 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati məsuliyyət tədbiri görülməyib
164 Ağcabədi rayonu M.Aranlı adına 11 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
165 Ağcabədi rayonu Yuxarı Qiyaməddinli kəndi, A.Mustafayev adına tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
166 Ağcabədi rayonu Kürdlər kəndi, A.Sultanov adına tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
167 Ağcabədi rayonu M.F.Axundov adına 3 nömrəli məktəb-lisey Nöqsan aşkar edilməyib İnzibati məsuliyyət tədbiri görülməyib
168 Ağcabədi rayonu C.Quliyev adına Təzəkənd kənd tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
169 Ağcabədi rayonu Salmanbəyli kənd Ə.Məmmədov adına tam orta məktəb Nöqsan aşkar edilməyib İnzibati məsuliyyət tədbiri görülməyib
170 Ağcabədi rayonu 6 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
171 Beyləqan şəhəri Təbiət və Humanitar Fənlər Təmayüllü Lisey Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
172 Füzuli rayonu Musiqi təmayüllü orta internat məktəbi Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
173 İmişli şəhəri A.Eminov adına 7 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib
174 İmişli şəhəri N.Gəncəvi adına 2 nömrəli tam orta məktəb Nöqsan aşkar edilib İnzibati cərimə tətbiq edilib

Bənzər yazılar

Back to top button