Siyasət

ABŞ dövlət katibinin köməkçisinin müavini Yerevandan sonra Bakıya gələcək

ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olson Azərbaycana gələcək. Bu barədə Turan agentliyinə ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən bildiriblər.

Xatırladaq ki, aprelin 17-də Olsen Ermənistana gedib. O, Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryanla görüşüb.

Rəsmi məlumata görə, Olsenin Yerevana səfərində məqsəd Ermənistanla Azərbaycan arasında sülh sazişinə, eləcə də ABŞ və Ermənistan arasında ikitərəfli münasibətlərə dair məsələlərin müzakirəsidir.

Çox güman ki, Bakıda da analoji məsələlər müzakirə olunacaq.(Turan)

Bənzər yazılar

Back to top button