Siyasət

Siyasi fəal İlkin Rüstəmzadə ABŞ səfirliyində təhqir olunduğunu deyir,..

İctimai fəal İlkin Rüstəmzadə ABŞ-ın Azərbaycandakı səfirliyində təhqir olunduğunu deyir. Onun sözlərinə görə, ABŞ səfirliyinə viza üçün müraciət edib və aprelin 13-də viza ilə bağlı müsahibədə ABŞ konsulu ona “sən insan haqları fəalısan və türmədə olmusan, buna görə sənə viza verilmir” deyib. “Dedim mən Avropa məhkəməsindən bütün ittihamlar üzrə bəraət almışam, hökümət mənə təzminat ödəyib. Dedi bilirik, amma insan haqları fəalısan və ağır cinayətlə uzun müddət həbsdə olmusan. Soruşdum ki, insan haqları fəalı olmaq cinayətdirmi? Cavab vermədi”.

Fəal qeyd edib ki, söhbət zamanı ona keçmiş həyat yoldaşı ilə qısa müddət evli olduğu, bunun da şübhələri artırdığı deyilib və kitablarının açıq satışında olmasından təəccüb ifadə edilib. “Bu gün ABŞ konsulu mənim qürurumu təhqir etdi. ABŞ səfirinin evinə şam yeməyinə çağırdığı adama dedi ki, sən cinayətkarsan. Bu ölkədə haqqımı heç kimə yedirtməmişəm, ABŞ konsuluna da yedirtmərəm. Sonadək mübarizə aparacam”.

Rüstəmzadənin iddiaları ilə bağlı sualın cavabında ABŞ səfirliyinin sözçüsü Turan agentliyinə bildirib ki, “ABŞ səfirliyi məxfilik məsələlərinə görə fərdi viza hallarına münasibət bildirmir. Səfirlik hər kəsə hörmətlə və lazımi diqqətlə yanaşır”.

Bənzər yazılar

Back to top button