İdman

İngiltərənin bütün stadionlarında fitə basılan ulduz: “Anam hər dəfə bunu məndən soruşur”

“Mançester Siti”nin yarımmüdafiəçisi Cek Qriliş daim rəqib azarkeşlər tərəfindən fitə basılmasından danışıb.

Fanat.az xəbər verir ki, tanınmış insayder Fabritsio Romanoya bu haqda fikirlərini çatdıran Qriliş fitə basılmasının səbəbini başa düşmədiyini deyib:

“Həmişə fikirləşirəm ki, rəqib azarkeşlər niyə məni fitə basırlar? Anam da hər zaman bunu məndən soruşur. Amma həqiqətən bilmirəm. Hansı stadionda oynamağımdan asılı olmayaraq, hər dəfə belə münasibətlə qarşılaşıram və açığı, səbəbini bilmirəm. Mən bunu sadəcə olaraq müsbət bir şey və ya iltifat kimi qəbul etməyə çalışıram”.

Cek Qriliş bu mövsüm “Mançester Siti”nin heyətində 26 oyun keçirib, 3 qol vurub və iki məhsuldar ötürmə edib.

Bənzər yazılar

Back to top button