GündəmManşetSiyasət

Ceyhun Bayramov: “Yerevan sülh müqaviləsilə bağlı Bakının son təkliflərinə cavab verməyib”

Aprelin 20-də xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olsonu qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, görüş zamanı Azərbaycan-Amerika ikitərəfli münasibətləri, regionda hazırki vəziyyət, Azərbaycanla Ermənistan arasnda münasibətlərin normallaşması üçün atılan addımlar müzakirə edilib.

Bayramov qeyd edib ki, postmünaqişə mərhələsində Azərbaycan normallaşma və Ermənistanla sülh sazişinin imzalanması istiqamətində əsas təşəbbüsü irəli sürən tərəf kimi bu prosesin uğurla başa çatmasında maraqlıdır.

Lakin Ermənistan prosesin irəliləməsinə mane olur.

Bayramov deyib ki, artıq 6 həftədir ki, Ermənistan sülh müqaviləsinin mətnilə bağlı Azərbaycanın son təkliflərinə cavab vermir, təxribatçı bəyanatları və hərəkətləri davam etdirir.

Bundan əlavə, etimad yaratmaq üçün Azərbaycanın atdığı addımlara, o cümlədən azmış erməni hərbçilərin qısa müddətdə Ermənistana qaytarılması kimi addımlara baxmayaraq, Yerevan başqa cür hərəkət edir, nazir vurğulayıb.

Bu yaxınlarda Ermənistanda Azərbaycan hərbçilərinə qarşı zorakılıq Ermənistanın pozuculuq fəaliyyətinə nümunədir, nazir qeyd edib.

O, regionda sabit sülhün və təhlükəsizliyin təminatı üçün tərəflər arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Öz növbəsində Olson regionda sülh və sabitliyin bərqərar edilməsinin və bundan ötrü sülh müqaviləsinin imzalanmasının vacibliyini qeyd edib. O deyib ki, Amerika Azərbaycan və Ermənistan arasında ikitərəfli əsasda aparılan danışıqlara hər zaman dəstək verməyə hazırdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bənzər yazılar

Back to top button