Dünya

ABŞ daha bir qrup iranlı yüksək vəzifəli məmura qarşı sanksiyalar tətbiq edib

Bazar ertəsi Bayden Administrasiyası İranda etirazların yatırılması ilə əlaqədar insan hüquqlarının pozulmasına görə ölkənin yüksək vəzifəli məmurlarına qarşı sanksiyalar tətbiq edib, Turan-ın Vaşinqton müxbiri bildirib.

Dövlət Departamenti “dinc nümayişçilərlə amansız rəftarda, onların saxlanması və ya öldürülməsində, onların ifadə və ya dinc toplaşmaq azaldığı hüququnun pozulmasında cavabdeh və ya əli olduğu hesab edilən” 11 nəfər iranlı dövlət məmuruna viza məhdudiyyətləri tətbiq edir”, – dövlət katibi Entoni Blinken bildirib.

İranda ümummilli iğtişaşlar ötən il 22 yaşlı Məhsa Amininin əxlaq polisi tərəfindən vəhşicəsinə öldürülməsindən sonra başlayıb.

“ABŞ İranda insan hüquqlarının pozulmasının davam etməsini pisləyir və İran rejiminin qəddarlığı ilə üzləşən İran xalqını dəstəkləməyə əvvəlkitək sadiqdir və əsas azadlıqlara hörmət edilməsini tələb edir”, – Blinken deyib.

Sanksiyalara məruz qalanların arasında etirazların yatırılmasında əli olan dörd yüksək rütbəli hərbçi var. Onlar hüquq-mühafizə orqanlarının və İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndələridir.

Bundan öncə Böyük Britaniya və Avropa İttifaqı da insan hüquqlarının pozulmasına görə iranlı məmurlara qarşı yeni sanksiyalar elan ediblər.

“ABŞ insan hüquqlarının pozulmasında günahlar olanların məsuliyyətə cəlb edilməsi üçün müttəfiqlərimiz və tərəfdaşlarımızla öz hərəkətlərini koordinasiya etməyə davam edəcək”, – Blinken deyib.

Bənzər yazılar

Back to top button