İdman

Onun “Real”a qarşı etdiyini Messi də bacarmayıb – Son 75 ilin rekordu

İspaniya La Liqasının XXXI turda “Real Madrid”i 4:2 hesabı ilə yenən “Jirona”nın argentinalı hücumçusu Valentin Kastelyanos tarixi nəticəyə imza atıb.

Fanat.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına (IFFHS) istinadən xəbər verir ki, 24 yaşlı Kastelyanos şəxsi uğurunu komandasının bütün qollarına imza atmaqla reallaşdırıb.

Son dəfə Madrid təmsilçisinə bu şəkildə divan tutan “Ovyedo”nun oyunçusu Esteban Eçevarriya olub. Eçevarriya 1947-ci ildə keçirilən çempionat matçında “Real”a 5 qol vurub.

Bənzər yazılar

Back to top button