İdman

“Real”dan Neymarın transferi ilə bağlı açıqlama: 310 milyon avro?

“Real” Neymarın transferi ilə bağlı açıqlama yayıb.

Fanat.Az xəbər verir ki, Madrid təmsilçisi braziliyalı ulduzun bu kluba transfer olunacağı ilə bağlı iddiaları rəsmi saytından təkzib edib.

Ötən gün İspaniyanın TVE kanalı “Real”ın Neymarı PSJ-dən 310 milyon avroya transfer edəcəyini, 7 illik müqavilə imzalayacağını və ildə 45 milyon avro maaş verəcəyini iddia etmişdi.

Lakin “Real” açıqlama yayaraq xəbərin həqiqəti əks etdirmədiyini bildirib: “TVE kanalının Neymar iddiası həqiqəti əks etdirmir. Klubumuz nə PSJ-yə, nə də Neymara təklif göndərməyib”.

Bənzər yazılar

Back to top button