İqtisadiyyat

Bakıda məşhur restoranlar şəbəkəsi icarə haqqını ödəmədi, məhkəməyə verildi

Məşhur restoranlar şəbəkəsi “Burger King”in Azərbaycandakı françayzi “Anar Food” MMC (VÖEN – 2002723921) barəsində məhkəmə iddiası qaldırıb.

Yeniavaz.com xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın icraatına verilib.

“Anar Food” MMC barəsidə iddia qaldıran “Park Bulvar” alış-veriş mərkəzinin sahibi “Bakı Plaza Turizm İşlətmələri” MMC-dir (VÖEN – 9900021091).

Qeyd edilir ki, məhkəmə iddiasının icarə müqaviləsi üzrə mübahisələrlə bağlı qaldırıldığı bildirilir.
Məlumat üçün bildirək ki, daha əvvəl Bakıdakı “Burger King” restoranlarından biri “Park Bulvar” alış-veriş mərkəzində fəaliyyət göstərib. Artıq “Burger King” restoranlarının öz fəaliyyətini dayandırdığı bildirilir. Uzun müddətdir restoranın sosial şəbəkə hesabları yenilənmir və veb-saytları da işləmir.

Qeyd edək ki,“Burger King”in françayzi olan “Anar Food” MMC 30.08.2013-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanı Xətai rayonu, Sabit Orucov. ev 13, m. 169-da yerləşir. Şirkətin qanuni təmsilçisi Abbas Mirzə Hikmət oğludur.

Bənzər yazılar

Back to top button