İdman

Emin Mahmudov “Neftçi” ilə müqaviləni niyə uzatmır? – İstəmərəm ki…

Emin Mahmudovun “Neftçi” ilə müqaviləsi mövsümün sonunda bitəcək. “Ağ-qaralar” kapitana yeni sözləşmə təklif etsələr də, ondan cavab ala bilmirlər.

Bu gün 31 yaşını qeyd edən yarımmüdafiəçinin xidmətində “Sabah”, “Qarabağ” və Rusiyanın bir neçə klubunun maraqlı olduğu bildirilir. Buna görə onun “ağ-qaralar”ı tərk etmək ehtimalı var.

Mahmudov “Neftçi”nin təklifi ilə bağlı yekun qərarını nə vaxt verəcək? Bu sualı futbolçunun özünə ünvanladıq. Aut.az-a danışan millimizin üzvü mövsüm bitdikdən sonra “ağ-qaralar”a cavab verəcəyini söylədi. O, maddi məsələlərin onun üçün elə də vacib olmadığını bildirdi:

“İndi bütün diqqətim oyunlara yönəlib. Mövsümün sonunda bu barədə fikirləşəcəm. Maddiyatla bağlı heç bir məsələ yoxdur. “Neftçi” ilə danışıqlar çox rahat keçir. Maddi məsələ öndə deyil. Bu barədə heç vaxt önəmli olmayıb. Ancaq gələcəyimlə bağlı fikirlərim nəyisə dəyişə bilər. İndiki halda nə olacağını dəqiqliklə deyə bilmərəm”.

“Yəqin ki, kapitanın “Neftçi”ni tərk etməsi azarkeşlərin xoşuna gəlməz. Fanatlar komandadan ayrılacağı təqdirdə sevimli oyunçularından küsə bilərlər. Mahmudov bu barədə nə düşünür?” sualına kapitan belə cavab verdi:

“Çox şadam ki, məni sevirlər. Onlar üçün əlimdən gələni edirəm. Məncə, qollarıma görə yox, elə buna görə məni sevirlər. Məndən küsmələrini istəmərəm”.

Bənzər yazılar

Back to top button