
Ermənilərin Azərbaycan xalqına qarşı qəsdən törətdiyi mina terrorizmi müharibənin başqa vasitələrlə davam etdirilməsidir,- Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz Tvitter hesabında yazıb.
“Ermənistanın Azərbaycan xalqına qarşı qəsdən mina terroru müharibənin başqa vasitələrlə davamıdır. Dünən 3 nəfər humanitar minalardan təmizləmə operatoru Ermənistanın basdırdığı “gizli ölüm toxumu”nun qurbanı olub, -Hacıyev qeyd edib.
O, öz yazısına sapyorların tank əleyhinə minanın partlaması nəticəsində dağılmış xidməti maşınının qalıqlarına dair foto əlavə edib.