DünyaSiyasət

Ermənistan hökuməti gərginliyi azaltmaqdan və dinc yanaşı yaşamaqdan danışır

Baş nazirin müavini M.Qriqoryan: “Yalnız konstruktiv bir yanaşma Qarabağ münaqişəsinin həllinə kömək edəcək”

AzToday.az “news.am”a istinadən xəbər verir ki, Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan videobağlantı vasitəsilə MDB Hökumət Başçıları Şurasının iclasında Azərbaycan Respublikasının Baş Nazir Əli Əsədovun çıxışının sonunda MDB məkanında həll edilməmiş münaqişələr məsələsinə toxunması, bunun regional əməkdaşlığın və MDB məkanında daha sıx qarşılıqlı fəaliyyətin həyata keçirilməsinə başlıca maneə olduğunu bildirməsinə cavab verib. Onun sözlərinə görə, Azərbaycan tərəfinin Qarabağ münaqişəsinin mahiyyəti haqqında birtərəfli təsəvvür yaratmağa hesablanmış siyasəti üçün MDB platformasından istifadəsinə Ermənistan tərəfi qəti şəkildə qarşıdır.

“News.am”ın verdiyi məlumata görə, hökumətin mətbuat xidmətinin açıqlamasıdna deyilir ki, M.Qriqoryan, xüsusilə qeyd edib:

“Ermənistan tərəfi münaqişələrin tamamilə beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq, gərginliyi azaltmaq və dinc yanaşı yaşamaq atmosferini bərpa etmək məqsədi ilə razılaşdırılmış format çərçivəsində qarşılıqlı əlaqədə bərqərar olmasını bir daha təsdiqləyir. Bununla əlaqədar olaraq, azərbaycanlı həmkarlarımıza bir daha xatırlatmaq istəyirəm ki, beynəlxalq ictimaiyyətin mandatı ilə Qarabağ münaqişəsinin həlli üçün yeganə format ATƏT-in Minsk qrupunun həmsədrlik institutudur. Həm də prinsipial mövqeyimizi xatırlatmaq və bir daha bildirmək istəyirəm ki, yalnız maksimalist mövqelərin rədd edilməsinə və kompromislərə hazırlığa əsaslanan konstruktiv yanaşma irəliləməyə və münaqişənin həllinə nail olmağa kömək edəcəkdir”.

Dağlıq Qarabağdakı separatçıların bu gün səsləndirdikıəri təhrikçi bəyanatlarının yanında Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın mövqeyi doğrudan da təəccüblü görünür. Ən azından ona görə ki, ötən həftə baş nazir Nikol Paşinyanın rəhbərliyi Şuşada təxribatla məşğul olan Ermənistan hökumətinin təmsilçisinin gərginliyi azaltmaqdan, dinc yanaşı yaşamaqdan və konstruktiv yanaşmadan danışması ikiüzlülük və riyakarlıqdan başqa bir şey deyil.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button