Digər

Deputat: “Bakı İnşaat” MMC-nin rəhbəri insanlardan pul alıb…”

“Hələ də fırıldaqçılıqla məşğul olan tikinti şirkətləri var. Vətəndaşlardan pulu alıb, onları aldadaraq yubadırlar”.

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Rüfət Quliyev parlamentin iclasında çıxışı zamanı deyib:

Deputat qeyd edib ki, bu şirkətlərdən biri də məhz “Bakı İnşaat” MMC-dir:

“Həmin şirkətlə bağlı bizə rəsmi məktublar daxil olur. İnsanların pulunu alıb 4-5 aydır ki, yubadırlar. Köməkçim dəfələrlə həmin şirkətin rəhbəri ilə əlaqə saxlamaq istəsə də, zənglərə cavab verilmir, söhbətdən qaçırlar. Belə şirkətlərə qarşı müvafiq tədbirlər görülməlidir”.

Bənzər yazılar

Back to top button