GündəmSiyasət

“Blinken sülh müqaviləsi üçün İrəvana təzyiq etməlidir” – Maykl Doran

“ABŞ dövlət katibi Antoni Blinken Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün İrəvana təzyiq etməlidir”.
Yeniavaz.com xəbər verir ki, ABŞ-ın Hudson İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doran “Wall Street Journal” (WSJ) nəşrində dərc olunan məqaləsində belə bir fikir söyləyib.

“Dövlət katibi Antoni Blinken bu həftə Vaşinqtonda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovu iki ölkə arasında sülh müqaviləsi bağlamaq üçün qəbul edib. Bu, Vaşinqtonun vasitəçilik rolunun əhəmiyyətli dərəcədə genişlənməsidir ki, bu da təqdirəlayiqdir. Bundan əvvəl, keçən ilin noyabrında Blinken Bayramov və Mirzoyanı qəbul etsə də, bu dəfə o, qonaqları salamlamaqla yanaşı, həm də onları bir-biri ilə birbaşa ünsiyyət qurmağa təşviq edib”, – məqalədə deyilir.

Bundan əlavə, müəllif qeyd edir ki, Fransa prezidenti Emmanuel Makron Cənubi Qafqazda diplomatiyaya böyük diqqət yetirir, onun səyləri birmənalı olaraq Azərbaycana deyil, Ermənistanın xeyrinə yönəlib.

“Ermənistan Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanımayana qədər problem həll olunmayacaq. Amma Ermənistanın Baş naziri Nikol Paşinyan belə bir addıma hazır görünmür. İrəvan bunu etsə, ABŞ və müttəfiqləri Qarabağda ermənilərin rifahını təmin etmək üçün onunla və Bakı ilə əməkdaşlıq edə bilər. Təəssüf ki, Blinken üçün senator Bob Menendez və Adam Şiff kimi Amerika erməni icmasının bir çox nüfuzlu dostları İrəvana bu istiqamətdə təzyiq etməkdən imtina edirlər”, – məqalədə deyilir.

Bənzər yazılar

Back to top button