Dünya

İki pilotsuz təyyarə Kremlə hücum edib, Ukrayna baş verənlərlə əlaqəsinin olmadığını bildirib

Mayın 3-nə gecə Ukraynanın iki pilotsuz təyyarəsi Kremlə hücum edib, Rusiya prezidentinin mətbuat xidməti bildirib. İnsident nəticəsində heç kim xəsarət almayıb.

Kremldə bunu Vladimir Putinə sui-qəsd cəhdi kimi qiymətləndirirlər. Rusiya cavab tədbirləri görmək hüququnu özündə saxlayır, mətbuat xidməti bildirib.

Öz növbəsində Ukrayna prezidentinin mətbuat xidməti öz ölkəsinin baş verənlərə bağlılığını inkar edib.

Eyni zamanda, sosial şəbəkələrdə yayılan videoda görünür ki, pilotsuz təyyarə Kremldə Rusiyanın dövlət bayrağının dalğalandığı Senat binasının əsas günbəzinə tərəf uçur və partlayır. Az sonra günbəzdə yanğın başlayır. Bundan sonra Kremlin ərazisində işıqlar sönür.

Rusiyalı istifadəçilər qeyd edirlər ki, sonuncu dəfə Moskva 1942-ci ildə bombalanıb.

Bənzər yazılar

Back to top button