İqtisadiyyat

Prezident İlham Əliyevin Xocavəndə səfəri

Mayın 5-də prezident İlham Əliyev Xocavənd rayonuna gedib.

Dövlət başçısının saytı bildirib ki, səfər zamanı Əliyevə Tuğ kəndində həyata keçirilən turizm layihələri barədə məlumat verilib.

Əliyev inzibati mərkəzin və birinci yaşayış kvartalının təməl qoyuluşunda iştirak edib. Sonra Hadrut qəsəbəsində orta məktəbin bərpası ilə tanış olub və inzibati mərkəzin təməl qoyuluşu mərasimində iştirak edib.

Dövlət başçısı Şükurbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 8,2 kilometrlik hissəsinin, həmçinin “Qovşaq” yardımçı elektrik stansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib.

Bundan sonra prezident erməni işğalı zamanı tamamilə dağıdılmış Füzuli rayonunun Pirəhmədli və Dədəli kəndlərinin təməlqoyma mərasimində, Füzuli-Hadrut yolunun 12,3 kilometrlik hissəsinin açılışında iştirak edib.

Bənzər yazılar

Back to top button